Əsas Səhifə > Dünya > RUSİYA İLƏ ÇİN REKORD VURUR
RUSİYA İLƏ ÇİN REKORD VURUR10-10-2011, 15:15 |
TİCARƏT DÖVRİYYƏSİNƏ GÖRƏ Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi cari ilin yekunlarına əsasən rekord həddə çatacaq. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Jukov bildirib. Pekində keçirilən VI Rusiya-Çin İqtisadi Forumunda çıxış edən A.Jukov deyib ki, 2011-ci ilin 8 ayə ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 50% artıb: “Bu isə ehtimal etməyə əsas verir ki, ilin sonunda ticarət dövriyyəsinin həcmi yeni rekord səviyyəyə - 70 mlrd. dollara çatacaq”. Qeyd edək ki, 2010-cu ilin yekunlarına əsasən Rusiya və Çin arasındakı ticarət dövriyyəsinin həcmi 55,45 mlrd. dollar təşkil edib. son on ildə ticarət dövriyyəsinin həcmi 8 dəfə artıb. Geri qayıt |