Əsas Səhifə > Dünya > QƏTƏR ƏMİRİ SARAYDAN QAÇIRILIB

QƏTƏR ƏMİRİ SARAYDAN QAÇIRILIB


17-04-2012, 14:02
QƏTƏR ƏMİRİ SARAYDAN QAÇIRILIB

ABŞ ƏSGƏRLƏRİ İLƏ ATIŞMA GEDİR

Qətərdə dövlət çevrilişinə cəhd edilib. Modern.az bildirir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Məlumatda deyilir ki, Qətərdə bəzi yüksək rütbəli hərbçilərin çevrilişə cəhdi uğursuzluğa düçar olub. Qətər əmiri ABŞ vertolyotu ilə saraydan qaçırılıb.

Bəzi ərəb media quruluşları “Əl-Ərəbiyyə”yə istinadən, Qətər əmirinin sarayı ətrafında saray keşikçiləri ilə ordu arasında ağır toqquşmalar olduğunu bildirir.

“Əl-Ərəbiyyə” çevriliş edənlərin 30 zabitdən ibarət olduğunu və onların komandirlərinin də kral qoşun alayının komandirlərindən Hamid Bin Atiyə olduğunu bildirib.

Xəbərdə Qətər əmiri və həyat yoldaşının Amerikanın bir vertolyotu ilə məlum olmayan bir yerə aparıldığı və çevriliş edənlərin də tutulduğu qeyd edilib.

Artıq ölkə başçısı Həmd Bin Xəlifə Ali Sani rejimini devirmək istəyən 30-dək hərbçi həbs edilib. Bundan əlavə bir neçə hərbçiyə ev dustaqlığı verilib.

Qeyd edək ki, Qətər əmirini devirmək istəyən təkcə hərbçilər deyil, yaxın qohum və qardaşları da onu devirmək də maraqlıdırlar. Hazırda kralın qardaşlarından biri onunla müxalifətçiliyinə görə, bir neçə ildir ki, siyasi mühacir kimi Fransada yaşayır. Bundan əlavə, sosial şəbəkələrdə mart ayının 16-da bu ölkə rejiminə qarşı qiyam günü kimi təyin edilib.


Geri qayıt