Əsas Səhifə > Sosial, Manşet > KƏMALƏDDİN HEYDƏROV RUSİYAYA KAPİTAL QOYUR
KƏMALƏDDİN HEYDƏROV RUSİYAYA KAPİTAL QOYUR10-10-2011, 15:27 |
FHN ŞEFİNİN MOSKVADA HİPERMARKET TİKDİRDİYİ SÖYLƏNİLİR DİA.AZ: - Azərbaycanın ayrı-ayrı oliqarx-məmurlarının xarici ölkələrə kapital yatırması barədə hər zaman ölkə mətbuatının diqqət mərkəzində olub. Qeyd edək ki, bu əsnada daha çox diqqətə gələni oliqarxlarımızın Türkiyəyə maraq göstərməsi faktıdır. Elə rəsmi Ankaranın müvafiq dövlət qurumlarının da açıqlamalarında qeyd olunur ki, Azərbaycandan olan sahibkarları daha çox Türkiyənin biznes mühiti cəlb edir. Amma eyni zamanda Azərbaycandan olan iş adamları Rusiyada da böyük kapital sahibidirlər. Doğrudur, son zamanlar Putinin Cənubi Qafqaz kapitalına qarşı sərt çıxması və nəticədə onlarla iş adamımızın Rusiyada üz çevirmək zorunda qaldığı da bir faktdır. Lakin buna rəğmən, hələ də Rusiya bazarı Azərbaycandan olan sahibkarlar üçün əlverişli və cəlbeidici məkan ünvanını qoruyub saxlamaqdadır. Elə deyəsən, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov da bu səbəbdən Rusiya paytaxtında yeni iş mərkəzinin yaradılması fikrinə düşüb. Bu barədə «Dünya» İnformasiya agentliyi redaksiyasını (dia-az.life) bilgiləndirən hökumət içindəki qaynağın söylədiklərindən belə aydın olur ki, FHN şefi Moskvada Hipermarket və eyni zamanda iş mərkəzi açmaq niyyətindədir: «Kəmalədin Heydərov bu məqsədlə Moskva vilayətinin Vladimir şəhərində 18 mərtəbəli bina inşa etdirir. Doğrudur, ilk əvvəl bu bina Özbəkistandan olan milyonçulardan birinə məxsus idi. Amma sonradan həmin özbək iş adamı inşaat işlərini yarımçıq saxladı». Mənbə bildirir ki, özbək iş adamından yarımçıq tikilini ərazisi qarışıq 10 milyon ABŞ dollarına satın alan Kəmaləddin Heydərov öz niyyətini gerçəkləşdirə bilməsi üçün hətta rəsmi Moskva ilə də anlaşıb. Onu da bildirək ki, Kəmaləddin Heydərovun Rusiya iqtidarı ilə sıcaq əlaqələri var və onu Ramiz Mehdiyevdən sonra azərbaycan iqtidarında Rusiyanın ən etibar etdiyi ikinci adam kimi təqdim edirlər. Geri qayıt |