Əsas Səhifə > Hadisə > AZƏRBAYCAN ORDUSUNDA SİLAHLI İNSİDENT
AZƏRBAYCAN ORDUSUNDA SİLAHLI İNSİDENT1-01-1970, 04:00 |
2 NƏFƏR ÖLÜB, 2 NƏFƏR DƏ YARALANIB Azərbaycan Ordusunun N saylı hərbi hissəsində silahlı insident olub. Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Göygöldəki N saylı hərbi hissəsində xidmət edən əsgər Vüqar Məmmədov avtomat silahdan atəş açaraq əsgər yoldaşlarından ikisini öldürüb, ikisini isə yaralayıb. Məmmədov Ağdaş rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. Hadisə ilə bağlı hələlik Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb. Geri qayıt |