Əsas Səhifə > Dünya > MEDVEDYEV HARDA QALDI?
MEDVEDYEV HARDA QALDI?10-10-2011, 15:33 |
RUSİYA PREZİDENTİ BAKIYA NİYƏ GƏLMƏYİB? Oktyabrın 10-da Bakıda, “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin və Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük Bakı Beynəlxalq Humanitar Forumunda dövlət başçılarının hər ikisinin iştirakı nəzərdə tutulmuşdu. Forumun rəsmi bakuforum.org saytında yerləşdirilən məlumata görə də açılışda Azərbaycan prezidenti ilə yanaşı, həm də Rusiya prezident Dmitri Medvedevin də iştirakı gözlənilirdi. Lakin bu gün tədbirin açılışında Rusiya prezidentinin təbrikini Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin oxuyub. “Gülüstan” sarayında baş tutan açılışda prezident İlham Əliyev, Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin, Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl, AŞPA-nın prezidenti Mövlüd Çavuşoğlu, YUNESKO baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanış Karklins, İSESKO-nun baş katibi Əl-Tüveyrçi iştirak ediblər. Azərbaycan, ingilis və rus dillərində keçirilən forum iki gün davam edəcək. Forumda dünyanın müxtəlif ölkələrindən 250 nəfərə qədər qonaq iştirak edir. BBC-nin məlumatına görə, Dmitri Medvedev Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirakını son anda təxirə salıb və Bakıya gəlməyib. Medvedevin bu addımı barədə məlumat verilmir. Geri qayıt |