Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİRLİK RƏSMİSİNDƏN İLGİNC MÖVQE
NAZİRLİK RƏSMİSİNDƏN İLGİNC MÖVQE18-04-2012, 11:46 |
“BIR MƏMURUN PİS ƏMƏLİNİ BÖTÜV NAZİRLİYİN AYAĞINA YAZMAQ DÜZGÜN DEYİL” Bir müddət öncə Baş Prokurorluq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavininin rüşvət alarkən yaxalandığı xəbərini yaymışdı. Rüşvət hallarının aradan qaldırılması ilə bağlı aparılan tədbirlərdə nədənsə son zamanlar bu nazirliyin əməkdaşlarının adları tez-tez çəkilir. Bununla bağlı olaraq, Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Asəf Əliyevlə ilə əlaqə saxlayıb: “Təəssüf olsun ki, belə hallar baş verir. Keçirilən iclaslarda, görüşlərdə nazirlik tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, bu kimi hallara yol verilməsin. Bu cür hallar yenə də olsa, onların özləri birbaşa cavab verəcəklər. Təbii ki, onların da bu əməlləri özlərinin adlarına yox, bütövlükdə nazirliyin adına çıxır, amma bu düzgün hal deyil, çünki bir şəxsin əməli nazirliyin işinə kölgə sala bilməz. Bu yöndə nazirlik rəhbərliyi tərəfindən mütəmadi olaraq işlər aparılır”. Nazirliyin sözçüsü qeyd edib ki, bəzən vətəndaşlar da bu cür halların baş verməsinə səbəbkar olurlar. “Vətəndaşlar dövlətdən ünvanlı sosial yardım almaq üçün müraciət edirlər, onların sənədində hər hansı bir çatışmazlıq olur, yaxud da onlara yardımın təyinatı qanunvericiliklə düşmür, vətəndaşlar da ünsiyyətə girib, yerli şöbənin əməkdaşlarını bu cür yollara çəkib, onlara nəsə təklif edir, ünvanlı sosial yardım təyinatı aparılmasına çalışırlar. Bu da sonda belə nəticələrə gətirib çıxarır”. Nazirlik rəsmisinin sözlərinə görə,bu cür halların aşkar edilməsi üçün bölgələrdə monitorinq aparılmasına ehtiyac yoxdur. “Bu yöndə xəbərdarlıq olunur ki, bu cür hallar olmasın, bunun özü bir monitorinqdir. Həm nazirlik, həm müavinlər, həm də şöbə müdirləri tərəfindən, yerlərdə mütəmadi olaraq, görüşlər keçirilir. Monitorinq keçirilməklə nəyi aşkar edəcəyik, nəyi görəcəyik, əgər Sosial Müdafiə Mərkəzinin bir neçə işçisi bu hala yol verirsə, bu o demək deyil ki, biz monitorinq keçirməliyik? Burada işləyənlərin hamısı ali təhsil alıb, onlara bir kəlmə demək ki, belə hallara yol vermək olmaz, bunun özü bir monitorinqdir”. Geri qayıt |