Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KEÇMİŞ MƏHBUSUN GƏLHAGƏLİDİR

KEÇMİŞ MƏHBUSUN GƏLHAGƏLİDİR


18-04-2012, 12:08
KEÇMİŞ MƏHBUSUN GƏLHAGƏLİDİR

EYNULLA FƏTULLAYEV 25 MİN DOLLAR ALACAQ

Beynəlxalq Mətbuat İnstitutu YUNESKO-nun azərbaycanlı jurnalist Eynulla Fətullayevi “Beynəlxalq mətbuat azadlığı” mükafatına layiq görməsinə münasibət bildirib. BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun sözlərinə görə, komitə üzvü olan Eynulla Fətullayevin bu mükafata layiq görülməsi qurumun rəhbərliyini sevindirib.

BMİ-nin icraçı direktorunun müavini Antoni Milzin adından yayılan açıqlamada deyilir: “Biz YUNESKO-nun laureat kimi cənab Fətullayevi seçməsindən çox məmnunuq. Həbsdə keçirdiyi müddət ərzində, həbsdən əvvəl və azadlığa buraxıldıqdan sonra mətbuat azadlığı uğrunda apardığı mübarizədə göstərdiyi cəsarət və dəyanət onun bu mükafata layiq olmasını təsdiq edir. Biz qürur duyuruq ki, cənab Fətullayev BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvüdür”.

Mükafat 1986-cı ildə qətlə yetirilmiş kolumbiyalı jurnalist Gilyermo Cano İsazanın şərəfinə 1997-ci ildə təsis olunub. Qalibi 12 xəbər mütəxəssisindən ibarət müstəqil münsiflər heyəti seçir. Qalibə 25 min ABŞ dolları verilir. Mükafatın təqdimat mərasimi 3 may Beynəlxalq Mətbuat Günündə Tunisdə keçiriləcək.


Geri qayıt