Əsas Səhifə > Şou-biznes > “MƏN ÇİMƏRLİK PALTARINDA ÇƏKİLƏ BİLMƏRƏM”

“MƏN ÇİMƏRLİK PALTARINDA ÇƏKİLƏ BİLMƏRƏM”


18-04-2012, 12:55
“MƏN ÇİMƏRLİK PALTARINDA ÇƏKİLƏ BİLMƏRƏM”

GƏNC MÜĞƏNNİ NƏYƏ RAZI DEYİL

Xeyli vaxtdır səhnədə görünməyən müğənni Aysel Əlizadə yenidən sənətə qayıdır.

O, bunu müsahibəsində bildirib. Bir müddət bəzi planlarını reallaşdırmaq üçün yaradıcılığını «dondurmuş» ifaçı indi yenidən tam gücü ilə yaradıcılığa başladığını söyləyib.

İnsanların daha çox müğənnilərin yaradıcılığı ilə yox, şəxsi həyatı ilə maraqlanmasını psixoloji məsələ hesab edən Aysel bildirib ki, populyarlaşmaq xətrinə heç bir zaman açıq-saçıq fotosessiyalara çəkilməyə razılaşmaz: «Mən çimərlik paltarında çəkilə və sonra bunu efirə verə bilmərəm. Çünki ona böyüklər, valideynlər də baxır». / Day.az /


Geri qayıt