Əsas Səhifə > Partiya > MÜSAVATDA ARİF HACILI HƏYƏCANI

MÜSAVATDA ARİF HACILI HƏYƏCANI


18-04-2012, 13:30
MÜSAVATDA ARİF HACILI HƏYƏCANI

“BU HAKİMİYYƏT HƏR ŞEYİ GİZLİ SAXLAYIR”

Arif Hacılının məhkəməsi olmadı. Bu barədə “Qafqazinfo”ya Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı açıqlama verib.

G. Aslanlı bildirib ki, onda olan məlumata görə, aprelin 17-də məhkəmə olub: “Bu hakimiyyət hər şeyi gizli saxlayır. 16 saylı cəzaçəkmə müəssisəsində məhkəmə olub, amma kimin məhkəməsi olub bu haqda məlumatımız yoxdur”.

Qeyd edək ki, A. Hacılı məhkum olunduğu cəzanın 1/3 hissəsini çəkəndən sonra cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi ilə əlaqədar Suraxanı Rayon Məhkəməsinə bu ilin fevralında müraciət edib. Amma Penitensiar Xidmət ərizəni məhkəməyə təqdim etməyib. Sonradan A. Hacılının vəkili tərəfindən Suraxanı məhkəməsinə təqdim edilmiş ərizəyə də baxılmayıb. Arif Hacılı Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovla görüşüb. Rəis ərizələrə baxılacağını bildirib.

Arif Hacılının vəkilin sözlərinə görə, məhkəmə aprelin 17-də 16 saylı cəzaçəkmə müəssisəsində məhkəmə iclası keçirilməli idi.


Geri qayıt