Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DEPUTATLA QHT-NİN DAVASI UZANIR
DEPUTATLA QHT-NİN DAVASI UZANIR18-04-2012, 14:30 |
İNDİ DƏ “KÜR” QƏRARGAHI ÇİNGİZ QƏNİZADƏYƏ CAVAB VERDİ “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir neçə gün öncə mətbuatda getmiş “ÇİNGİZ QƏNİZADƏ BARƏSİNDƏ YAZILAN YAZILARI ARAŞDIRIB” başlıqlı məlumatlara dair açıqlama ilə çıxış edib. Qərargahdan “Qafqazinfo” ya daxil olan açıqlamanı olduğu kimi təqdim edirik. Xatırladaq ki, aprelin 17-də Milli Məclisin deputatı Çingiz Qənizadənin mətbuat xidməti İmişli rayonunun bəzi sakinləri tərəfindən onun ünvanına səslənən tənqidləri rayonda “Kür” vətəndaş cəmiyyəti qərargahı ilə əlaqəli bəzi insanların təşkil etdiyini sübut etmək cəhdi yer alan press-reliz yayıb. Sübut kimi Ç. Qənizadə bir sıra dəlillər gətirir. 1. Qənizadə iddia edir ki, aprelin 13-də 80 yaşlı Sahib Dəmirovun evinə baş çəkib. Söhbət zamanı Dəmirov bildirib ki, evinin qəza vəziyyətində olması ilə əlaqədar martın 13-də keçirilən aclıq aksiyasında iştirak etməyib, baxmayaraq ki, onu aclığa təhrik ediblər. Dəmirov həmçinin mətbuatda yazılanlardan xəbəri olmadığını, amma onun adından istifadə olunduğunu qeyd edib. “Kür” Qərargahı bildiri ki, Qənizadə ilə görüşdən sonra Sahib Dəmirov respublika prezidentinə, Milli Məclisin Etika Komissiyasına, FHN başçısına və KİV-ə Qənizadənin və İmişli şəhər icra hakimiyyəti nümayəndəsi Abbas Nuriyevin əməlləri haqqında bəyanat göndərib. Bəyanatda qeyd edilir ki, aprelin 13-də İmişli rayonunun keçmiş rəhbəri Əbülfəz Ağayev şəhər icra hakimiyyətinin nümayəndəsi Abbas Nuriyevi Dəmirovun evinə göndərib. Hakimiyyət nümayəndəsi prezidentə göndərdiyi şikayətə görə Dəmirovu hədələyib. Nuriyev Dəmirova bildirib ki, mətbuatda Çingiz Qənizadənin adını çəksə oğulları saxta narkotik saxlamaq ittihamı ilə həbs olunacaqlar. Bundan sonra Qənizadə evə gəlib, hədə-qorxu ilə Dəmirovdan məktubu kimin yazdığı barədə sorğu-sual edib. Daha sonra Nuriyev hansısa məktub yazıb və hər ikisi qorxu içində olan Dəmirovu onu imzalamağa məcbur ediblər. 2. Press-relizdə iddia olunur ki, İmişli şəhəri daşqından ziyan çəkməyib və bununla Dəmirovun və digər şəhər sakinlərinin iddiaları şübhə altına alınır. Amma məlumdur ki, daşqın nəticəsində yeraltı suların səviyyəsinin qalxmasından şəhərə ziyan dəyib. Rəsmi statistika göstərir ki, İmişli rayonunda daşqının nəticələrinin aradan qaldırılması tədbirləri çərçivəsində 809 ev tikilib, onlardan 510-u İmişli şəhərində tikilib! 3. Press-relizdə martda keçirilən aclıq aksiyasının iştirakçılarından biri Elman Şahbazovun şəxsiyyəti ilə bağlı ictimai fikri qarışdırmaq cəhdi edilir. Press-relizdə deyilir ki, “Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev Şahbazovu “Qarabağ müharibəsi veteranı və birinci qrup əlil” kimi təqdim edirdi, daha sonra isə rayonun sosial orqanlarına istinadən Şahbazovun müharibə əlili olmadığı deyilir. İfadələri bu şəkildə dəyişməklə Gülalıyevi ictimaiyyəti aldatmaqda ittiham etmək istəyirlər. Əslində isə “Kür” qərargahı Şahbazovu müharibə veteranı və əlil kimi təqdim edirdi, müharibə əlili kimi deyil. Qənizadə həmçinin Şahbazovu Sabirabad-İmişli yolunda balıq satarkən gördüyünü iddia edir. Şahbazov deputatın bu iddiasını təkzib edib və heç vaxt balıq satmadığını bildirib. Məlum olduğu kimi, bütün yollarda balıq satırlar və bu, ayıb və ya cinayət deyil. Həmçinin, “həqiqəti” üzə çıxarmağa çalışan Qənizadənin Şahbazovla niyə görüşmədiyi aydın deyil. 4. Qənizadə xüsusilə vurğulayır ki, Dəmirov və Şahbazov onun seçicisi deyil. Amma o, deputat seçildiyi 80-ci İmişli-Beyləqan seçki dairəsinin 24 saylı seçki məntəqəsinin katibi Əsəd Xəlilov barədə danışmır. Məlum olduğu kimi, Xəlilov açıq-aşkar “Kür” vətəndaş cəmiyyəti qərargahının və qanun çərçivəsində hüquqları uğrunda mübarizə aparan İmişli sakinlərinin fəaliyyətinə kölgə salmaq istəyən Çingiz Qənizadəni kəskin tənqid edib. Press-relizdə qeyd edilir ki, Qənizadə KİV-də ona qarşı çıxışları təşkil edən vətəndaşların şəxsiyyətini müəyyən edib və onlarla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır. “Kür” qərargahı ümid edir ki, hüquq-mühafizə orqanları İmişli rayonunda indiyədək baş verən mənfi proseslərin əsl mənzərəsini üzə çıxaracaq. Xatırladaq ki, İmişli rayonunun 10 sakini 10-17 mart tarixlərində 2010-cu il daşqını nəticəsində yaranmış problemlərinin həlli, habelə rayon icra başçısı Ağayevin (aprelin 14-də ölkə prezidenti tərəfindən vəzifəsindən xaric edilib) istefası tələbi ilə keçirilən aclıq aksiyasında iştirak edib. Rayon icra hakimiyyətinin nümayəndələri onlara baş çəkiblər və şikayətlərinə baxmağı vəd ediblər. Əhali arasında dövlət vəsaitlərinin paylanması zamanı korrupsiyaya yol verildiyi və mənzillərin ədalətsiz paylandığı deyilir. Rayondan 40-dan çox vətəndaş yerli hakimiyyəti və FHN-i əmlak hüquqlarının müdafiəsi haqqında iddialarla məhkəməyə verib. Geri qayıt |