Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOV TÜRMƏYƏ ELÇİ YOLLADI

MİSİR MƏRDANOV TÜRMƏYƏ ELÇİ YOLLADI


18-04-2012, 14:43
MİSİR MƏRDANOV TÜRMƏYƏ ELÇİ YOLLADI

«ƏLİNDƏKİ FAKTLARI NAZİRLİYƏ VER, NAZİR SƏNƏ ÇIXMAĞA KÖMƏK ETSİN»

DİA.AZ: - Təhsil nazirinin həbsdə olan əməkdaşı Orxan Kərimovun açıqladığı faktlar nazirlikdə çox ciddi rezonansa nədən olub. Bu barədə DİA.AZ-a məlumat verən TN-dəki qaynaqlar bildirir ki, hətta Misir Mərdanov Orxan Kərimovla danışıqlar üçün xüsusi emissarlar da ayırıb.

Mötəbər mənbənin söylədikləri: «Misir Mərdanov adamlarına tapşırıb ki, onlar həbsxanada Orxan Kərimovla danışıq aparsınlar və əlindəki faktları nazirliyə təqdim edəcəyi təqdirdə, nazir də onunla bağlı məsələni «yuxarılarla» danışaraq həll etmək öhdəliyini öz üzərinə götürür».

Bildirək ki, Orxan Kərimovun əlində Misir Mərdanovun saxta tələbə köçürmələrini və tələbə qəbullarını ifşa edən çox ciddi dəlillər var ki, həmin sənədlərlə nəinki TN şefi, hətta bir neçə ali məktəbin rektoru çox ciddi ittihamarla üz-üzə qala bilər. Hətta bir neçə nəfərin həbsi belə mümkündür. Məhz bu məqamın da Misir Mərdanovda ciddi narahatçılıq yaratdığı söylənilir.

Mənbəmizin ötürdüyü məlumatdan o da aydın olur ki, artıq bu gün təhsil nazirliyinin nümayəndələri Orxan Kərimovla görüşə cəhd etmə yönündə təlimat alıblar: «Onlara Orxan Kərimovun necə cavab verəcəyi məlum deyil. Amma Misir Mərdanovun durumunun ürəkaçan olmadığı tam mahiyyətiylə aydın olan bir məsələdir».

Bu arada onu da bildirək ki, Orxan Kərimovun səhhətində də ciddi problemlər var. Belə ki, o, 2009-cu ilin iyul ayında Mərkəzi Klinik Xəstəxanada əməliyyat keçirmiş və ürəyinə DRIVER stendi implantə edilib. Hal- hazırda onun ürək damarlarının tutulması vəziyyətinin qiymətləndirilməsi üçün angioqrafiya müayinəsinə və müalicə həkimi kardioloq-cərrah Firdovsi Ibrahimov tərəfindən növbəti əməliyyatın aparılmasına ehtiyacı var.

Yaranmış vəziyyəti nəzərə alaraq əməliyyatın harada, ixtisaslaşdırılmış kardioloji və ya təcridxana şəraitində keçirilməsinin Orxan Kərimov üçün heç bir əhəmiyyəti yoxdur. Təcridxanada saxlanıldığı 9 ay ərzində həkimlər onun qohumlarından aldığı dərmanlarla kifayətlənərək müalicəsi üçün heç bir tədbir görməyiblər.

Mənbəmiz bildirir ki, Misir Mərdanov elçilərinə “Orxana deyin ki, onun müalicəsinə də yardım edəcəyik” ismarıcının çatdırılmasını da həvalə edib.


Geri qayıt