Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV NİYƏ QIRAQDA QALIB?

RƏSUL QULİYEV NİYƏ QIRAQDA QALIB?


18-04-2012, 15:44
RƏSUL QULİYEV NİYƏ QIRAQDA QALIB?

“BU, ONUN UZAQ ÖLKƏDƏ YAŞAMASINDAN İRƏLİ GƏLİR”

Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyevin son zamanlar artan siyasi aktivliyi müxalifət düşərgəsində birmənalı münasibətlə qarşılanmayıb. Açıq Cəmiiyyət Partiyası sədri ilə məsafə saxlamağa üstünlük verən partiya sədrləri onun vaxtaşırı verdiyi müsahibələrindən narazılıq nümaiyş etdirirlər. Rəsul Quliyevin siyasi müstəvidən “kənarda” saxlanması cəhdi İctimai Palatanın timsalında daha aydın görünür. Elə sonuncu dəfə “beşlər”in ADP–də görüşündə də məsələlər Rəsul Quliyevsiz müzakirə olunub.

Bəs eks-spikerə qarşı belə soyuq davranış nədən qaynaqlanır?

Azərbaycan Xalq Partiyasının lideri, eks-deputat Pənah Hüseyn açıqlamasında bildirib ki, İctimai Palata hər zaman Rəsul Quliyevlə əməkdaşlıq etməyə hazırdır. Lakin əsas problem eks-spikerin ölkədən xeyli uzaqda yaşamasındadır.

“Ola bilsin ki, müxalifət partiyalarının onunla əlaqələri məhduddur. Bu sadəcə olaraq Rəsul Quliyevin uzaq bir ölkədə yaşamasından irəli gəlir. Düşünürəm ki, başqa bir səbəb yoxdur. Müxalifət hər zaman siyasi əməkdaşlığın tərəfdarı olub. Lakin mən deyə bilmərən Rəsul Quliyev son zamanlar hansı məqsədlə aktivlik nümayiş etdirir. Bunu özündən soruşmaq lazımdır”-deyə o vurğulayıb. P.Hüseyn qeyd edib ki, R.Quliyevin yenidən siyasi arenaya qayıtması çox müsbət haldır.

“Nə üçün Rəsul Quliyev danışmamalıdır. O, başqa ölkədə də olsa, öz siyasi düşüncələrini bildirir. Bunun nəyi pisdir axı?”- deyə P.Hüseyn vurğulayıb. / Modern.az /


Geri qayıt