Əsas Səhifə > Güney Press, Araşdırma > BAŞÇININ DƏRDİNƏ BAX, AY ALLAH...
BAŞÇININ DƏRDİNƏ BAX, AY ALLAH...18-04-2012, 16:29 |
“BÜTÜN İDARƏLƏRDƏ STENDLƏR YENİDƏN İŞLƏNMƏLİDİR” Bütün idarə və təşkilatlardakı stendlərin vəziyyəti yenidən nəzərdən keçirilməlidir. Xəbərə görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, bu stendlərdə rayona və ya müvafiq qurumun shaəsinə aid olan şəkillər və ya yazılar öz əksini tapmalıdır. Onun sözlərinə görə, bununla bağlı Prezident Administrasiyası tərəfindən də müvafiq tapşırıqlar verilib: “Məsələn, məktəbdə olan stendlərdə ulu öndər Heydər Əliyev və prezident İlham Əliyevin məktəblərdə keçirdiyi görüşlərdən olan şəkillər, onların təhsillə bağlı səsləndirdiyi fikirlər əks olunmalıdır. Bəzi hallarda məktəblərdə prezidentin xarici səfərlər və ya xarici qonaqların qəbulu zamanı çəkdirdiyi şəkillər olur ki, bu da narazılıqla qarşılanır. Bütün stendlər nəzarətdədir və müəyyən müddətdən sonra idarə və təşkilatlarda araşdırmalar aparılacaq”. / SİA / Geri qayıt |