Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT İÇİNDƏ SİRLİ OYUNLAR

HAKİMİYYƏT İÇİNDƏ SİRLİ OYUNLAR


19-04-2012, 12:23
HAKİMİYYƏT İÇİNDƏ SİRLİ OYUNLAR

ARTIQ MƏMURLAR BİR-BİRİLƏRİNİN ÜZƏRİNDƏ GÜCLƏRİNİ SINAYIRLAR

DİA.AZ: - Dəfələrlə mətbuatda yazılmasına rəğmən, məmurların qovğalı münasibətdə olması faktı hər dəfəsində inkar edilib. Hətta konflikt yaşayan məmurlar mətbuat qarşısında bir-birilərinə daha yaxın görünə bilmələri üçün saxta gülüş pozları verməklə də məsələni ört-basdır etməyə cəhd ediblər. Amma ayrılandan sonra hər şeyin əvvəlki münaqişəli vəziyyətə qayıtması, onların imitasiyalarının ifşası ilə sonuclanıb.

Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, artıq məmurların münaqişəli durumu hakimiyyəti itirmək üzərədir. «Vəziyyət o qədər ciddidir ki, hətta dövlət başçısı yenidən məmurlar arasındakı münaqişəli duruma müdaxilə etmək zorunda qalıb» deyən mənbəmizin sözlərinə görə, bu gün oliqarxdar daha çox iqtisadi rıçaqlar uğrunda aşkar savaşa çıxıblar:

«Konkret ad çəkməyə heç bir ehtiyac yoxdur. Kimin kiminlə döyüşdüyünü artıq azərbaycanda hər kəs yaxşı bilir. Bu gün ölkədə bütün baş verənlərn arxasından məhz bu münaqişəli durumun işartıları aydın şəkildə sezilir. Onlar bir-birilərinə qarşı olduqca amansızdırlar. Çünki nələrin uğrunda mübarizə apardıqlarının tam fərqindədirlər».

Hətta Qubada baş verən olayların da əslində oliqarx döyüşü olduğunu bildirən mənbəmiz vurğuladı ki, bu gün hakim düşərgə içində çox ciddi əhəmiyyət daşıyan və hətta hakimiyyətin özüllərini belə dağıdan çox iddi münaqişə ocaqları var: «Hər birinin yetərincə imkanları var və onların hansısa birinin zərərsizləşdirilməsi qeyri-mümkündür. 2005-ci ilin 17 Oktyabr hadisələrindən sonra hakimiyyət daxilində bir balans oynaması baş verdi və indiki gərgin situasiyanın əsası da məhz həmin dönəmdən atıldı. Fərhad Əliyev, Əli İnsanov kimi kadrlar bəlkə də hakim düşərgənin ümumi mənzərəsinə yamaq kimi görünürdülər. Amma onların varlığı ən azından hazırki bespredel və acınacaqlı mühiti əngəlləyirdi».

Mənbəmiz sonda onu da bildirdi ki, məmurların bir-birilərinə qarşı mübarizəsi bu yaxınlarda özünü daha da bariz formada hiss etdirəcək: «Bəlkə də kimlərsə istefaya göndəriləcək. Amma bu da çıxış yolu deyil. Çünki «vurulan» məmur artıq etiraz edəcək ki, bu da enində-sonunda hakimiyyət üçün çöküş mərhələsi anlamını daşıyacaq. Çünki sistem artıq yeni qaydalara uyğun deyil. Və idarəetmə prinsiplərində mütləq şəkildə yenilənmələr baş verməlidir».


Geri qayıt