Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİ CƏZA TƏLƏB EDİR
PARTİYA SƏDRİ CƏZA TƏLƏB EDİR19-04-2012, 12:28 |
“ARDNŞ-İN İŞÇİLƏRİNƏ CİNAYƏT İŞİ AÇILMALIDIR” Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikililərin söküntülərinin səviyyəsi artıq vandalizm həddinə çatıb. Dünən qəsəbədə növbəti dəfə Neft Şirkəti tərəfindən aparılan söküntülər vətəndaşların və eyni halda iki jurnalistin vəhşicəsinə döyülməsi ilə nəticələnib. FaktXeber.com-un “hökumət strukturlarının vətəndaşlarına qarşı bu cür münasibət sərgiləməsinin səbəbi nədir”,-sualına aydınlıq gətirən Ümid Partiyasının sədri millət vəkili İqbal Ağazadə, bunun səbəbini hökumət nümayəndələrinin daha dəqiq izah edə biləcəklərini qeyd etdi: “Ona görə ki, bu işləri görən hökumətdir. Lakin biz qətiyyətlə istənilən vətəndaşın və jurnalistin döyülməsini və ona qarşı fiziki zor tətbiq edilməsinin əleyhinəyik. Eyni halda bütün problemlərin qanun çərçivəsində çözülməsinin tərəfdarıyıq. Hökuməti və vətəndaşları problemləri qanuni şəkildə həll etməyə çağırırıq. Digər tərəfdən vətəndaşlara zor tətbiq edən şəxslərə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılmalıdır.“ “Qəsəbə ətrafında yaranmış problemləri sivil qaydada və vətəndaşları razı salmaqla həll etmək mümkün idimi”,-sualına da aydınlıq gətirən İqbal Ağazadə, “bu məsələdə vətəndaşların hər hansı bir günahı yoxdur. Problemə görə məsuliyyəti əraziyə baxan bələdiyyə orqanı daşıyır”,-deyə cavablandırdı: “ Torpaqları vətəndaşlara bələdiyyə satıb. Bunun hamısına cavabdeh tərəf bələdiyyələr olmalıdır. Eyni halda bu torpaqları vətəndaşlara satan bələdiyyələr qanun qarşısında cavab verməlidirlər.” Geri qayıt |