Əsas Səhifə > Güney Press, Araşdırma > AVROPA İTTIFAQINDAN ŞOK AĞIR TƏLƏBLƏR

AVROPA İTTIFAQINDAN ŞOK AĞIR TƏLƏBLƏR


19-04-2012, 13:14
AVROPA İTTIFAQINDAN ŞOK AĞIR TƏLƏBLƏR

AZƏRBAYCAN VƏ ERMƏNISTAN NECƏ REAKSİYA VERƏCƏK?

Bir ay əvvəl Avropa İttifaqının Azərbaycanda demokratik təşəbbüslərlə bağlı səsləndirdiyi təkliflərə müsbət cavab verilib. Bu barədə gundeminfo.az Avropa Birliyinin rəsmi saytına əsasən məlumat verib. Avropa İttifaqı Parlamentində Azərbaycan və Ermənistanla bağlı çox mühzim sənəd qəbul edilib. Parlamentin Sülh və Azadlıq Komitəsinin gündəliyində Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul edilib.

Bir ay əvvəl Britaniya Parlamentində qəbul edilmiş qətnamə Aİ da müzakirə edilib. Aİ-nın parlamentində 9 saat əvvəl qəbul edilmiş qərara əsasən Azərbaycan və Ermənistandan demokratik islahatların aparılması, vətəndaş azadlıqlarına hörmət edilməsinə dair qətnamə qəbul olunub. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli yolla həllinə dair də tövsiyyələr ifadə edilib.

Məlumata əsasən Avropa Parlamenti Ermənistan və Azərbaycan ilə Avropa İttifaqı assosiasiya sazişləri üzrə danışıqlara dair iki qərar qəbul edib. Bu qətnamələr Avropa Xarici Fəaliyyət Xidmətinin, AB Şurası və danışıqlar üzrə məsləhət şurasının balına uyğun olaraq həyata keçirilib.

Bu hesabatın ən əhəmiyyətli hissəsidir. Maraqlıdır ki, Aİ-nın qəbul etdiyi qətnamədə insan haqları ilə bağlı xüsusi tələblər və sərt təkliflər də irəli sürülür. Bununla belə səəddə «Avropa Birliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını istəyir» cümləsi də ifadə edilib.

Sənədin tam mətni:

Aİ-Azərbaycan və Aİ-Ermənistan Assosiasiyası sazişlər üzrə danışıqlarda 2010-cu ilin may ayından etibarən hərəkətə keçib. ATƏT-in danışıqlar üzrə Minsk qrupunun əsas ikitərəfli etimadla bağlı prisipləri Aİ-nın da prioritetlərindən biridir. Aİ hesab edir ki, tərəflər arasında ilkin olaraq razılaşdırma snayperlərin çıxarılması ilə bağlıdır. Sonrakı mərhələdə isə beynəlxalq müşahidəçilərin nəzarəti altında, beynəlxalq hüququn tələblərinə uyğun olaraq qaçqınlar və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar.

Bundan başqa münaqişə zolağında yüksək səviyyəli sürməramlı təhlükəsizlik tədbirləri də həyata keçirilməlidir.

Qətnamənin digər bölümündə isə Azərbaycandakı insan haqlarının vəziyyətindən söz açılır:

Azərbaycanda təcili olaraq insan haqları ilə bağlı humanist addımlar atılmalıdır. Gənc fəalların azad edilməsi, QHT və Siyasi Partiyaların dövlət qeydiyyatının sadələşdirilməsi, təcili insan hüquqları və gənc fəallar, QHT və siyasi partiyaların qeydiyyatı, eləcə də informasiya azadlığının təmin edilməsi, hədə-qorxu, fiziki güc tətbiq etməklə jurnalistlərə təzyiqlər, siyasi məhbuslarının sayının hər gün artması Aİ ciddi narahat edir. Aİ ilə Azərbaycan hökuməti arasında əməkdaşlıq sazişlərində bu məsələlərin müzakirə edilməsi kifayət qədər vacib amillərdən biridir.


Xüsusilə də;


- Media və ifadə azadlığı hüququ ilə bağlı,

- Azərbaycan Konstitusiyasında təsbit olunmuş birləşmək və sərbəst toplaşmaq,

- Özəl mülkiyyət hüquqları,

- Korrupsiyaya qarşı davamlı mübarizə,

- Vətəndaşların əsas azadlıqlarından olan KİV və Məhkəmə sistemində


Azadlıqlar təmin olunmalıdır.

Assosiasiya Sazişi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının uyğun olaraq Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini bir daha vurğulayırıq.

Hesab edirik ki, bütün siyasi məhbuslar qeyd-şərtsiz azad edilməli, onların ədalətli məhkəmə ilə mühakimə olunması təmin edilməlidir. Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə, media azadlığının təmin edilməsi üçün basqıları durdurmağa dəvət edirik.

«Eurovizion» yarışmasına ev sahibliyi edən bir ölkədə sadalanan bu insan haqları dərhal təmin olunmalıdır. Hesab edirik ki, bu mədəni yarışmaya ev sahibliyi edən ölkə olaraq Azərbaycan Respublikası əsas hüquq və azadlıqları Avropa Birliyi ilə sazişə əsasən Avropa standartları səviyyəsinə çatdırmalıdır. Guman edirik ki, bu islahatların həyata keçirilməsindən sonra Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında əməkdaşlıq daha da yüksək səviyyəyə çatacaq.

qismən gələcək Eurovision Song Contest bağlı sayılan Bakı, yeni binaların, davam edən tikinti müvafiq qanunvericiliyi ilə və insanların resettlements şəffaf hüquqi prosedurlar həyata keçirilir ki line olduğunu zəmanət Azərbaycan hakimiyyətini çağırırıq; ölkənin demokratik və insan hüquqları rekord yaxşılaşdırılması üçün bu mədəni hadisə istifadə edən insan hüquqları müdafiəçilərinin artması hökuməti tənqid da təcili narahatlıq;

Qeyd edək ki, sənədin Ermənistanla bağlı hissəsində erməni slahlı qüvvələrinin ATƏT-in əsas prinsiplərinə uyğun olaraq qeyd-şərtsiz çıxması da tövsiyyə olunur. / GUNDEMİNFO.AZ /

Geri qayıt