Əsas Səhifə > Güney Press, Araşdırma > RAMIZ MEHDIYEVIN AD GÜNÜNDƏ NƏ BAŞ VERIB?
RAMIZ MEHDIYEVIN AD GÜNÜNDƏ NƏ BAŞ VERIB?19-04-2012, 16:11 |
TƏDBİRDƏ SİYASİ ÇALAR OLUB Aprelin 17-də Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin 74 yaşı tamam oldu. Həmin gün PA rəhbərinin ad gününü qeyd etmək üçün hazırlıqlar aparılsa da, Mehdiyev əslində onu təbrik etməyə gələnləri qəbul etməyib. Lakin rayonların icra başçıları qəbul olunub. Məlumatlara əsasən təbrikə gələnlər arasında olan icra başçılarının heç də hamısı PA-nın binasına buraxılmayıblar. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, adminstrasiya binasında kiçik şirniyyat məclisinə toplaşmış icra başçılarına da yerlərinin dəyişdirilməsiylə bağlı olaraq məlumat verilib. Ad gününə buraxılmayan icra başçıları isə yerlərinin dəyişdirilməyəcəyini, əvəzlənəcəyini biliblər. Nə qədər qəribə görünsə də icra başçılarının yerdəyişməsinin aparılacağı barədə xəbəri kifayət qədər qapalı olan Ramiz Mehdiyev deyib. O, «icra hakimiyyətlərində yerdəyişmələr aparılacaq, cənab prezident bununla bağlı islahatlar aparmaq fikirindədir» deyib. Geri qayıt |