Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN AZƏRBAYCAN MTN-Nİ TƏHQİR ETDİ

İRAN AZƏRBAYCAN MTN-Nİ TƏHQİR ETDİ


19-04-2012, 16:22
İRAN AZƏRBAYCAN MTN-Nİ TƏHQİR ETDİ

MOLLA MƏTBUATI NƏDƏN NARAHAT OLUB?

DİA.AZ: - Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin İranın ölkəmizdəki casus şəbəkəsinə qarşı keçirdiyi əməliyyatların sırası genişləndikcə bu dövlət qurumumuz fars-molla rejimini daha da qəzəbləndirir. Elə buna görədir ki, bir ara Müdafiə Naziri Səfər Əbiyevi hədəfə alan molla mətbuatı indi də MTN-ni to atəşinə tutub. Fars təbliğat maşınının bir detalı olan «ruhaniler.org» saytında yer alan və digər İran portalları tərəfindən də bəh-bəhlə təbliğ edilən həmin materiallardan birini DİA.AZ olaraq diqqətinizə çatdırırıq:

«Bu gün səhər Cəlilabad şəhərində dini kəsimdə prinsipial bir dindar kimi tanınmış Nəzərov Azər Mirzağa oğlu həbs edilib. Ssenari MTN formatında təkrarlanıb. Gənc dindarın evinə silah atılıb və Bakıdan gəlmiş əməliyyat qrupu qanunsuz silah ittihamı ilə A. Nəzərovu Bakıya aparıb.

Kimdir Azər Nəzərov? Onu daha çox mərhum atası ilə tanıyırlar. Mərhum Mirzağa müəllim təkcə Cəlilabad yox, respublika səviyyəsində tanınmış kimya müəllimi idi. Mirzağa müəllimin övladları Cəlilabadda əxlaqlı, təmiz, haqqı deyən insanlar kimi tanınıb. Azər Nəzərov vaxtı ilə Tehran Tibb Akademiyasına imtahan verərək yüksək balla qəbul olunub. Amma… Bu uğur daim mavilərin, korrupsionerlərin, oliqarxların təhlükəsizliyi ilə məşğul olan MTN-i narahat edib. Heç bir əsas göstərilmədən Azər Nəzərovun xarici pasportu alınıb və ona qonşu ölkədə təhsil almaq qadağan edilib. Bu hadisə Azər Nəzərovun hakimiyyətə baxışlarında öz sözünü deyib. Müxalifətçi-dindar A. Nəzərov dini kəsim arasında sözünü deyən, ölümündən çəkinməyən bir gənc kimi tanınıb.

Redaksiyamıza daxil olmuş məlumata əsasən, 3 ay öncə Azər Nəzərov MTN-nin əməkdaşları tərəfindən hədələnib, ona “salamat qalmaq istəyirsənsə ölkəni tərk et” əmri verilib. Azərin cavabı qəti olub: “Öldürün, bu mənim üçün daha şərəflidir!”

Azər Nəzərov gənclər arasında Eurovision kimi əxlaqsız tədbirlərin mahiyyətindən danışmaqdan çəkinməz, hicab qadağası ilə bağlı hakimiyyəti tənqid edərdi. Bu gün onun evindən silah çıxarılması kimsəni təəcübləndirməyib. Artıq hamı bilir ki, MTN-nin işi budur. Onlarla vəhabi dilində danışmaq lazımdır, insan dilində yox.

Azərbaycan hökuməti, Əliyev rejimi hər gün, hər saat bu xalqı təmsil etmək ləyaqətindən uzaqlaşır. Bu ailə hakimiyyətə qayıdanda Qərb mətbuatında “Piratlar dənizə çıxır” kimi məqalələr səs-küy salmışdı. Hamı bilirdi ki, bolşevik əsilli KQB generalı Heydər Əliyev demokratiya deyilən bir həqiqətlə eyni cinsdən deyil. Amma yenə sadəlöhv xalq illüziyalara qapıldı, ümid etdi ki, bolşevik şinelindən çıxmış bir diktator dəyişib və xalqa xidmət etmək fikrindədir. Amma bu qayıdış eynən “Tülkü həccə gedir” cizgi filmini xatırladırdı. Əliyevin qayıdışı yenicə cücərməkdə olan demokratik dəyərləri eksponata çevirdi. Ölkədə polis rejimi quruldu. Güc strukturları xalqı, torpaqları, asayişi qorumalı ikən Əliyevlərin keşikçisinə çevrildi.

Təkcə son iki ildə baş verən hadisələr, sifarişli qətllər, sifarişli həbslər, sifarişli təqiblər bu rejimin heç zaman dəyişməyəcəyinə sübutdur.

Azərbaycan! Sən bu gün dəniz kənarında böyük həbsxananı xatırladırsan! Milyonların can verdiyi bir həbsxana!»

Geri qayıt