Əsas Səhifə > Hadisə > LATVİYA ERMƏNİSTANA SİLAH SATIR

LATVİYA ERMƏNİSTANA SİLAH SATIR


11-10-2011, 11:20
LATVİYA ERMƏNİSTANA SİLAH SATIR

AZƏRBAYCAN XİN HƏYƏCAN TƏBİLİ ÇALIR

“Ermənistan Azərbaycanın silahlanmaya böyük diqqət ayırdığını bu gün bütün dünyaya car çəkir. Bu gün Ermənistan Silahlı Qüvvələrində 48 884, Dağlıq Qarabağda isə 45 min şəxsi heyət var. Bu bir yerdə 93 min nəfərdən çoxdur. Azərbaycan isə 1992-ci ildə üzərinə götürdüyü öhdəliyə əsasən 70 min şəxsi heyət saxlayır”.

APA-nın xəbərinə görə, bunu GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən “Sərhədlər üzərindən əlaqələrin qurulması” adlı birgə beynəlxalq konfransda çıxışında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib.

XİN rəsmisi bildirib deyib ki, Azərbaycanın əldə etdiyi silah-sursat enerji infrastrukturun mühafizəsinə yönəlib: “Ermənistan əsassız olaraq Azərbaycanı regionda silahlanma balansını pozmaqda günahlandırır. Lakin dövlət büdcələrinin təhlili Ermənistanın daha çox hərbiləşdiyini göstərir. Ötən il Ermənistan 16 min, ondan əvvəlki il isə 78 min ədəd “Kalaşnikov” avtomatı alıb. Onlar bu qədər silahı neyləyirlər? Bu onu göstərir ki, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır”.

E. Hüseynli onu da deyib ki, Ermənistana silah satışına Latviyanın “Latspeceksports” şirkəti də cəlb olunub. XİN təmsilçisi konfransda iştirak edən Baltik Assambleyasına üzv olan parlamentarlara müraciət edərək onları bu məsələni araşdırmağı çağırıb.


Geri qayıt