Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SUMQAYITDA ERKƏN MİTİNQ TƏLAŞI
SUMQAYITDA ERKƏN MİTİNQ TƏLAŞI20-04-2012, 11:56 |
POLİS RƏİSİ BAŞ REDAKTORU HƏDƏLƏYİB Elçin Məmməd: «Bizə dedilər ki, monitorinq aparsanız sizi həbs edəcəyik» Sumqayıtda nəşr olunan “Yüksəliş Naminə” qəzetinin baş redaktoru Elçin Məmməd şəhər polsinin 3-cü polis bölməsinə çağırılıb. Bu barədə “Azadlıq”a Elçin Məmməd özü məlumat verib. “Biz Ictimai Palatanın 22 aprel mitinqilə bağlı Sumqayıtın giriş-çıxışında monitorinq aparmaq və polisin əhalinin mitinqə gedişinə mane olub-olmadığını müəyyənləşdirmək istəyirik. Bu barədə mətbuata da məlumat vermişik. Bölməyə çağırılmağımızın səbəbi də budur. Bizə dedilər ki, heç bir monitorinqə icazə verilməyəcək və nəbadə siz polisin ”işinə" mane olasınız. Mane olsanız ictimai asayişi pozduğunuza görə həbs ediləcəksiniz. Biz isə onların diqqətinə çatdırdıq ki, monitorinq aparmaqda israrlıyıq və bu ictimai asayişin pozulması demək deyil",- deyə Elçin Məmməd bildirib. Geri qayıt |