Əsas Səhifə > Dünya > TÜRKİYƏNİN BAŞ NAZİRİ ÜMİDİNİ İTİRMƏYİB
TÜRKİYƏNİN BAŞ NAZİRİ ÜMİDİNİ İTİRMƏYİB20-04-2012, 12:20 |
"HAQQ-ƏDALƏT BƏRQƏRAR OLACAQ" Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə "post-modern inqilabı" olaraq tanınan 28 fevral hadisələri ilə bağlı açılmış çinayət işi çərçivəsində keçirilən axtarışların 2-ci mərhələsinə dair fikrini bildirib. SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, Ərdoğan Qətər səfərindən əvvəl hava limanında mətbuat konfransı təşkil edib. Baş nazir 28 fevral cinayət işi ilə bağlı istintaq çərçivəsində dünən keçirilən əməliyyatları belə qiymətləndirib: "Artıq ölkəmizdə hamı bilir ki, bu ölkədə çevrilişlərə görə cavab veriləcək. 12 sentyabr referendumunda verilən sözlər yerinə yetirilir. Meydanlarda söylədiklərimizi tənqid edənlər, "Bu sözlər meydanda qalar" deyənlər, bu referenduma "hə" deyənlərin haqlı olduğunu gördülər. Ümid edirəm ki, haqq-ədalət bərqərar olacaq". Geri qayıt |