Əsas Səhifə > Dünya > PKK-YA SAMBALLI ZƏRBƏ

PKK-YA SAMBALLI ZƏRBƏ


11-10-2011, 11:23
PKK-YA SAMBALLI ZƏRBƏ

TERROR TƏŞKİLATININ BAZASIN DAĞIDILIB

Oktyabrın 10-da Türkiyənin təhlükəsizlik qüvvələri Hakkari əyalətində terrorçu Kürd Fəhlə Partiyasına (PKK) məxsus iri bazanın məhv edilməsi üzrə uğurlu əməliyyat həyata keçirib.

Bazaya endirilən aviazərbələr və yerüstü əməliyyatlar nəticəsində PKK yaraqlıları, eləcə də hərbi sursat, ərzaq ehtiyatları və tibbi ləvazimatlar məhv edilib.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.


Geri qayıt