Əsas Səhifə > Dünya > İRANDA ANTİTÜRK ŞOUSU

İRANDA ANTİTÜRK ŞOUSU


11-10-2011, 11:32
İRANDA ANTİTÜRK ŞOUSU

FARS-MOLLA AJANLARI ƏLEYHİMİZƏ AKSİYA KEÇİRİBLƏR

İran İslam Respublikasının Astara şəhərində Azərbaycan əleyhinə yürüş-mitinq keçirilib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Astara məscidində günorta namazından sonra bölgənin dini rəhbərinin fitvası ilə bir qrup dindar şəhər küçələrinə çıxaraq Azərbaycan əleyhinə şüarlar səsləndirməyə başlayıb. Aksiya iştirakçıları orta məktəblərdə hicab qadağasının davam etməsi və bu qadağaya etiraz edən Azərbaycan İslam Partiyası rəhbərləri və dindarlar haqqında həbs qərarının çıxarılmasını pisləyiblər. İştirakçılar “Qadın hicabının götürülməsi İsrail rejiminin planıdır, onun əsas hamisi lənətlənmiş Amerikadır!” və “Azərbaycan ibrət elə, ruhanini azad elə!” şüarları səsləndiriblər.


Geri qayıt