Əsas Səhifə > Dünya > SARKOZİ FRANSIZLARI ÇAŞDIRIR

SARKOZİ FRANSIZLARI ÇAŞDIRIR


24-04-2012, 12:16
SARKOZİ FRANSIZLARI ÇAŞDIRIR

ERMƏNİPƏRƏST FİRƏNGİN HİYLƏSİ

Fransada keçirilən gərgin prezident seçkisinin ikinci mərhələsi öncəsi dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparan namizədlər çıxış ediblər. Hazırkı prezident Nikola Sarkozi bildirib ki, rəqibi Fransua Ollandın çıxışı zamanı təkcə öz tərəfdarlarına səslənməsi ikisinin arasında olan fərqdir. Onun sözlərinə görə, xalq arasında ayrıseçkilik edərək onları qarşı-qarşıya qoymaq olmaz:

“Ötən gün Milli Cəbhə Partiyasına səs verən seçicilərin tənqidlərə məruz qaldığını eşitdim. Fransa xalqı haqlı olaraq belə düşünür ki, vəziyyət indiki kimi qalmaqda davam edə bilməz. Son 4 ildə mən də hazırkı vəziyyətdən dərs almışam. Biz dəyişməliyik. Mən seçkiləri xalqın fəryadı, üsyanı kimi qəbul edirəm. Biz onların fəryadına öz əməllərimizlə cavab verəcəyik”.

Seçkinin birinci mərhələsində qalib gəlmiş sosialist namizəd Fransua Olland isə qeyd edib ki, o, növbəti mərhələdə də uğurunu təkrarlayacağından əmindir: “Növbəti mərhələdə də dəyişmək istəyən Fransa xalqı mənə səs verəcək. Qələbə çalana qədər irəliləyəcəyik. Biz növbəti prezidentin fəqli olması üçün güclərimizi birləşdirməliyik”.


Geri qayıt