Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZƏRSUN”UN ƏYALƏT MONAPOLİYASI
“AZƏRSUN”UN ƏYALƏT MONAPOLİYASI24-04-2012, 12:43 |
ŞİRKƏT MƏHSULLARINI ZORLA SATDIRIR Azərbaycanın qida sənayəsinə nəzarəti tam inhisarına keçirən “Azərsun” Holdinqlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Belə ki, Gunxeber.com-a daxil məlumatda deyilir ki, adı çəkilən holdinqin məhsullarını rayonlarda zorla satdırırlar. Bu barədə redaksiyamıza məlumat verən Lənkəran şəhərində fəaliyyət göstərən sahibkarlar bildirir ki, “Azərsun” Holdinqin bütün məhsullarını rayonlarda mağazalara zorla verirlər və onların satılıb-satılmamasından asılı olmayaraq, verdikləri məhsulların pullarını alırlar. Sahibkarlar deyir ki, holdinq rayonlarda satılan qida məhsullarının gəlirlərindən həmin rayonların icra başçılarına müəyyən miqdarda faiz verir. Buna görə də, rayon rəhbərləri holdinqin bu zoraki fəaliyyətinə göz yummaqla yanaşı, onlara müəyyən mənada yardım edir, “Azərsun”dan məhsul almaqdan və ya satılmayan məhsullara görə artıq pul ödəməkdən imtina edən sahibkarlara qarşı yerli maliyyə və vergi, həmçinin digər inzibati vasitələrlə təzyiq həyata keçirir. Sahibkarlar bildirir ki, onlar da rayon rəhbərliyinin bu cür təzyiqlərindən özlərini sığortalamaq üçün “Azərsun” Holdinqin zorla mağazalara payladığı məhsulları alır və satıldı-satılmadı onların pulunu şirkətə ödəmək məcburiyyətində qalırlar. Qeyd edək ki, bu barədə məlumatlar daha öncə də mətbuatda yazılmış, hətta “Azərsun”un zorla məhsul satdığı konkret mağazaların adları da çəkilmişdi. Biz bu dəfə bu barədə şikayəti Lənkərandan almışıq. Daha öncəki məlumatlarda isə Gəncə, Sumqayıt və digər iri şəhərlərin adları da çəkilmişdi. Bu da ona dəlalət edir ki, adı çəkilən holdinq zorla məhsul satışı kampaniyasını bütün ölkə boyunca həyata keçirir. Onu da bildirək ki, şirkət haqqında yayılan bu informasiyaları daha öncə təkzib etməyib. Redaksiya olaraq, “Azərsun” Holdinq rəhbərliyinin mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq. / Gunxeber.com / Geri qayıt |