Əsas Səhifə > Siyasət, Manşet > KÜRD QRUPLAŞMASI FƏALLAŞMAQ ÜZƏRƏDİR

KÜRD QRUPLAŞMASI FƏALLAŞMAQ ÜZƏRƏDİR


24-04-2012, 13:08
KÜRD QRUPLAŞMASI FƏALLAŞMAQ ÜZƏRƏDİR

NÖVBƏTİ KADR İSLAHATLARINDA BU QRUPLAŞMA ÖZ GÜCÜNÜ GÖSTƏRƏCƏK

DİA.AZ: - Məlum olduğu kimi, son zamanlar bir neçə rayonun icra başçılarının yerləri dəyişdirilib və daha bir neçə rayona yeni rəhbərlər təyin olunub. Bu barədə DİA.AZ-a məlumat verən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, dəyişikliklər bundan sonra da gözlənilir və hətta Prezident Administrasiyasında belə yeniliklərin baş verməsi mümkündür.

Mənbəmizin iddialarına görə, elə bu kimi planlaalar səbəbindən hakimiyyət içində qərarlaşan ayrı-ayrı qruplaşmalar da vəallaşıblar: «Hər bir qruplaşma baş verən yeniliyin öz xeyrinə cərəyan etməsi üçün hərəkətə keçib. Onların arasında xüsusi olaraq fərqlənəni isə hakimiyyətiçi kürd qruplaşmasıdır. Məlumdur ki, bu qruplaşma bir neçə nazirliyi, bir neçə rayon rəhbərliyini və eləcə də, parlamentdəki deputat heyətinin müəyyən bir hissəsini öz nəzarəti altında saxlayır».

Elə bir qüdrət və imkan sahibi olan qruplaşmanın kifayət qədər nüfuzlu mövqeyə malik fiqurlarından hər kəsin xəbərdar olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, hətta kökəncə Azərbaycan türkü olan xeyli sayda məmur da var ki, bu gün kürd qruplaşmasının maraqlarına xidmət etməkdədir: «Onlar kifayət qədər təsir imkanlarına malikdirlər. Hətta mətbuatda da güclüdürlər. Bu gün Qubadlı və Kəlbəcər rayonundan onlarla jurnalist var ki, məhz həmin qruplaşmanın təsiri altına düşüb. Halbuki onların kürdlüyə heç bir aidiyyatları yoxdur. Sadəcə olaraq, bu vaxta qədər məxfi surətdə həyata keçirilən təbliğatın qurbanlarıdırlar».

Mənbəmiz bildirir ki, məhz belə bir imkanların qarşılığında kürd qruplaşması yeni mövqelərin ələ keçirilməsi üçün konkret plan üzərində işləyir: «Onların hədəfinə Bakının bir neçə rayonuna öz maraqlarına xidmət edən adamların təyin edilməsi daxildir. Bu yöndə ciddi surətdə iş aparırlar. Eləcə də növbəti seçkilər zamanı bələdiyyələrin nəzarət altına alınmasına çalışacaqlar. Artıq indidən bələdiyyə seçkilərinə tədarük görmələri, əslində sözügedən qruplaşmanın niyyətlərinin böyüklüyündən irəli gəlir. Hər halda, birbaşa olaraq xalqla təmasda olan bələdiyyə qurumlarına nəzarət etməklə onlar istənilən bir siyasəti yürütmə iqtidarına da malik ola bilərlər».

Maraqlıdır ki, hələ də bu qruplaşmaya qarşı hansısa hərəkətlənmənin olmadığını bildirən mənbəmiz onu da vurğuladı ki, Azərbaycan dövləti onları təhlükə kimi qəbul etmir: «Bu da böyük yanlışdır. Və biz dövlət olaraq ayılanda artıq nələri itirdiyimizin tam olaraq fərqinə vara biləcəyik. Onlar bu gün aktivdirlərsə, demək nəyəsə hazırlaşırlar».


Geri qayıt