Əsas Səhifə > Sosial, Manşet > MƏMURLARIN ANTİKORRUPSİYA DİRƏNİŞİ

MƏMURLARIN ANTİKORRUPSİYA DİRƏNİŞİ


24-04-2012, 13:51
MƏMURLARIN ANTİKORRUPSİYA DİRƏNİŞİ

KORRUPSİYANI HİMAYƏ EDƏNLƏR DÖVLƏT SİYASƏTİNİ NECƏ DURDURUR?

DİA.AZ: - Xəbər verdiyimiz kimi, YAP iqtidarı korrupsiya ilə mübarizənin daha böyük dalğasına ciddi tədarük görməkdədir. Bu istiqamətdən daxil olan məlumatlardan aydın olur ki, bir neçə dövlət qurumu ilə bağlı daxil olan yeyinti faktları ciddi surətdə araşdırılır. Amma…

Bəli, bu işin də bir «əmma»sının olduğu bildirilir. Nazirlər Kabinetindəki qaynağın DİA.AZ-a bildirdiyinə görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olan faktların böyük əksəriyyətinin arxasında yüksək ranqlı çinovniklərin dayanması, adıkeçən idarənin konkret addımlar ata bilməsini əngəlləyən başlıca faktordur.

Bu barədə mənbənin söylədikləri: «Məsələn, dövlət gömrük komitəsinin əməkdaşlarının bu yaxınlarda 1 milyon dollara yaxın rüşvət alması faktı aşkarlanıb. Amma sonradan bu məsələ ört-basdır edildi. Çünki verilən rüşvət çox «yuxarı» instansiyalara çatdırılıb».

Mənbə bildirir ki, gömrük məntəqələrindən yüklü miqdarda qaçaqmal dərman keçirilərkən bu rüşvət verilib: «Söhbət tonlarla bahalı dərmandan gedir. Amma müvafiq sənədlərin olmaması nəticədə dərmanı gətirən tərəfin tələb olunan rüşvəti verməsi ilə nəticələnib. Bundan sonra da məlum hadisələr yaşanıb. Bu hadisənin səs-küyü qalxmasın deyə, mətbuata qondarma informasiyalar ötürüldü. Guya az həcmdə qaçaqmal yaxalınb. Bununla da iş bitmiş oldu».

Onu da xatırladaq ki, bu məsələ ilə bağlı bir müddət əvvəl dövrü mətbuatda da müəyyən bilgilər yer almışdı.

Mənbəmiz bildirir ki, məhz bu kimi halların səbəbindən KMİ-nin tutarlı addımlar ata bilməsi əngəllənir: «Bir ciddi məmur vurulmalıdır ki, ona bağlı olan korrupsiya çetesi də tam olaraq zərərsizləşdirilsin».

Burada adamın yadına möhtərəm baş prokurorumuz Zakir Qaralovun antikorrupsiya prosesinə start verilən ilk günlərdə söylədiyi fikir düşür: «Biz korrupsiya ilə mübarizəyəözümüzdən başlamalıyıq»…


Geri qayıt