Əsas Səhifə > Şou-biznes > “AQŞİN MANANAYA SPONSORLUQ EDİB”

“AQŞİN MANANAYA SPONSORLUQ EDİB”


24-04-2012, 13:56
“AQŞİN MANANAYA SPONSORLUQ EDİB”

“PULUNU VERİB, KEFLƏRİNİ ÇƏKİRLƏR”

“Bu vəziyyətin yaranmasında günahı daha çox müğənnilərdə görürəm. Onlar orada gündəlik işləmək üçün, hər şeyə razı olurlar. İstedadsız müğənnilər pula görə öz bədənini satırlar".

Bunu müğənni Nəzakət Məmmədova MİA-ya açıqlamasında deyib. Sənətdə sponsorsuz irəli getməyin qeyri-mümkün olduğunu deyən Nəzakət Məmmədova bildirib ki, bu gün sponsorluq adı ilə qadın müğənnilərin başını aldadan kişilər çoxdur: “Yalandan söz verməkdənsə, kənarda dursalar, yaxşıdır. Belələrinə kişi yox, gədə deyərdim. Onlardansa, sözlərində doğru olan “mavi”lərə üstünlük verirəm. Sponsorun olmasına pis baxmıram. Amma o, ürəyimə yaxın insan, ya da əsl sponsor olmalıdır. Necə ki, vaxtilə Aqşin Mananaya sözün əsl mənasında sponsorluq edib, öz gəlirini götürüb. Puldan ötrü kiminləsə yatağa girmək mənlik deyil. İndi hətta şadlıq evlərində daimi işləmək üçün də oranın rəhbərlərinin altına girən müğənniciklər var”.

Nəzakət xanım deyir ki, bəzi xanım müğənnilər son vaxtlar çəkilən kliplərdə də öz bədənlərini reklam edirlər: “Az qala hamı sponsor axtarır. Amma sənəti düşünən çox azdır. Müğənnilərimizin mütaliəsi də, aktyorluq qabiliyyətləri də çox zəifdir. 99 faizi savadsızdır. Prodüserləri də onlar kimidir. Nə bacarırlar ki? Sadəcə, disk daşıyırlar. Kişi prodüserlərin çoxu qadınlaşıb. Elə müğənnilər var ki, sponsoru yox, sponsorları var. Əslində, onlar ona oyuncaq kimi baxırlar. Pulunu verib, keflərini çəkirlər. Efirə çıxanda da, sponsorları onları barmaqla göstərir. İstəmərəm, məni də barmaqla göstərsinlər. Yaxşısı budur, elə kölgədə qalasan, amma alnında “fahişə möhürü” olmasın”.

Onu da arzulayan kişilərin çox olduğunu deyən müğənni bildirib ki, yatağında sponsorunun olmasını istəmir: “İstərdim ki, yataqda sevdiyim adamla olum. Hər qadının yatağını kiminləsə bölüşməyə haqqı var. Amma qadın gündə bir nəfərlə görüşürsə, o artıq fahişədir. Eləcə də müğənnilər...”.


Geri qayıt