Əsas Səhifə > Partiya > “30-40 PARTİYANIN MİTİNQİNƏ 1000-1500 ADAM GEDİR”

“30-40 PARTİYANIN MİTİNQİNƏ 1000-1500 ADAM GEDİR”


24-04-2012, 14:23
“30-40 PARTİYANIN MİTİNQİNƏ 1000-1500 ADAM GEDİR”

“MÜXALİFƏT 20 İLDİR Kİ, YERİNDƏ SAYIR”

“İctimai Palata iki mitinq keçirdi, onda nə oldu ki, mayın 6-da keçirəcəyi mitinqdə də nəsə olsun? Müxalifət özünə bir məşğuliyyət tapa bilmir. Müxalifətin işlərindən biri də etiraz aksiyalarının keçirilməsidir. Ancaq təəssüf ki, müxalifət vətəndaşların onları dəstəkləmədiyini dərk edə bilmir, bunun reallıq olduğunu başa düşmək istəmirlər. Onlar qəbul etmək istəmirlər ki, Azərbaycan cəmiyyəti indiki müxalifətdən çoxdan əlini üzüb”. APA-nın xəbərinə görə, bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, müxalifət 20 ildir ki, yerində sayır: “Gedib 5-10 adamı yığıb, mitinq keçirir və eyni şeyləri təkrarlayırlar. İyirmi ildə Azərbaycan çox dəyişib, amma dəyişməyən bir şey varsa, o da müxalifətdir. 20 il bundan əvvəl necə idilərsə, indi də elədirlər. Azərbaycan cəmiyyəti iqtidarın apardığı siyasətin faydasını görür və ona görə də hakimiyyəti dəstəkləyir. İnsanların müxalifətə heç bir inamı qalmayıb, əgər qalsaydı onlarda bir az dəyişərdi, mövqeləri güclənərdi. Əksinə, mövqeləri gündən-günə zəifləyir. Keçirdikləri aksiyalar bunun bariz nümunəsidir. Otuz, qırx partiyanın keçirdiyi mitinqə 1000-1500 adam gedir, onlar da öz ailə üzvləri, funksionerlərindən ibarət olur. Bunlarla ölkədə nəyi dəyişdirmək olar? Bu gün onların Azərbaycanın siyasi həyatında yeri və iştirakı yoxdur”.


Geri qayıt