Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > RAUF HƏBİBOV XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
RAUF HƏBİBOV XƏSTƏXANAYA YERLƏŞDİRİLİB24-04-2012, 16:15 |
QUBANIN SABİQ İCRA BAŞÇISINDA ƏSƏBDƏN QICOLMALAR YARANIB DİA.AZ: - Qubadakı 1 Mart olaylarının ardından devrilən sabiq icra başçısı Rauf Həbibovun səhhətində problemlər yaranıb. Xatırladaq ki, hələ hadisələr ərəfəsində sabiq başçının sağlıq durumunun pozulduğu bildirilirdi. Və bu barədə mətbuata açıqlama verən Həbibovun həyat yoldaşı bildirmişdi ki, Rauf müəllimdə qan təzyiqinin artması ilə bağlı problemlər var. Bu arada DİA.AZ-a verilən məlumatlarda isə bildirilir ki, Rauf Həbibovun səhhəti ciddi şəkildə pozulub: «Həmin olaylar zamanı o, çox ciddi stres və sarsıntı keçirib. Kim olsaydı, həmin hadisələr kimin başına gəlsəydi, bəlkə də daha ağır xəstəliyə düçar olardı. Çünki o zaman Rauf Həbibova qarşı çox böyük ədalətsizlik edildi. Və bu gərginlik nəhayətdə özünü Rauf Həbibovun səhhətində özünü biruzə verməli idi». Mənbəmiz bildirir ki, bir neçə gün əvvəl Qubanın keçmiş başçısı özünü narahat hiss etməyə başlayıb və bu səbəbdən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: «Keçirdiyi əsəb gərginliyi səbəbindən tez-tez bədənində qıcolmalar yaranır. Bu zaman isə özündə olmur. Neçə müddət idi ki, Rauf müəllim bu problemi yaşayırdı. Sonda vəziyyəti daha da ağırlaşdığından həkim nəzarəti altında qalması məsləhət bilinib». Biz də redaksiya olaraq, sabiq başçıya şəfa diləyirik… Geri qayıt |