Əsas Səhifə > Sosial, Manşet > RÖVNƏQ ABDULLAYEV MİLLƏTİN QƏSDİNƏ DURUB

RÖVNƏQ ABDULLAYEV MİLLƏTİN QƏSDİNƏ DURUB


25-04-2012, 12:02
RÖVNƏQ ABDULLAYEV MİLLƏTİN QƏSDİNƏ DURUB

BAKININ MƏRKƏZİNDƏ DƏM QAZINDAN ZƏHƏRLƏNMƏ TƏHLÜKƏSİ YÜKSƏKDİR

DİA.AZ: - Artıq bir neçə gündür ki, Bakının mərkəzi rayonu hesab olunan Səbayel ərazisinə verilən təbii qazın tərkibi sakinlərdə təlaş yaradıb. Bu barədə DİA.AZ-ı məlumatlandıran Səbayel sakinləri bildirirlər ki, neçə gündür evlərinə verilən təbii qazdan çox qəribə qoxu gəlir: «O qədər üfunətli qoxudur ki, hətta evdə qaz yandırmağa da qorxuruq. Dərhal adamı boğur. Əgər kiinsə evində qazı yana-yana açıq qalsa, o zaman həmin adamın həyata vida deməsi bir anın işidir».

Xatırladaq ki, artıq bu barədə «Azəriqaz» rəhbərliyinə dəfələrlə məlumatlar verilib. Amma kimsə tədbir görmək niyyətində deyil. Hətta bu da azmış kimi, sakinlərin etdikləri müraciəti ciddiyə almayan «Azəriqaz» rəhbərliyi təbii qazın tərkibi ilə bağlı monitorinqin keçirilməsi ilə bağlı məlumat yayıb. Hər halda, sakinlərin etdikləri müraciətlər yetərli olmalı idi ki, hansısa tədbir görülsün.

Redaksiyamıza müraciət edən sakinlər isə bildirirlər ki, hazırda Səbayel rayonunun Bayıl, 20-ci sahə, Badamlar ərazilərində daha təhlükəli vəziyyət yaranıb: «Elə ailələr var ki, hələ də təbii qazla isinmək məcburiyyətindədirlər. Çünki evlərin yerdən olması və Səbayel ərazisində nəmişliyin yüksək olması insanları məcbur edir ki, hələ də ən ucuz isinmə vasitəsi olan təbii qazdan istifadə etsinlər. İndi isə canlarının qorxusundan kimsə təbii qazdan istifadə etmir. Çünki bu aşkar surətdə ölüm deməkdir».

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt