Əsas Səhifə > Şou-biznes > “NƏNƏLƏR” “JALƏ”YƏ ÇEVRİLDİ

“NƏNƏLƏR” “JALƏ”YƏ ÇEVRİLDİ


25-04-2012, 12:49
“NƏNƏLƏR” “JALƏ”YƏ ÇEVRİLDİ

AYGÜN KAZIMOVA NƏNƏLƏRİNİ ÜZƏ ÇIXARDI

Xalq artisti Aygün Kazımova ilk dəfə rəhbəri olduğu «Jalə» qrupunu üzə çıxarıb.

«Jalə» Lənkəranın «Nənələr» qrupundan oraya keçmiş 3 nənədən ibarətdir.

«Mən «Jalə» qrupunun rəhbəriyəm və onları «Eurovision 2013» mahnı müsabiqəsinin milli seçim turuna hazırlayıram», - deyə o, yerli telekanallardan birinə açıqlamasında bildirib:

«Onlar artıq ingilis dilini öyrənməyə başlayıblar. Yəqin ki, bundan sonra heç kim ifaçıların yaşı haqda danışmayacaq. Çünki müğənni həmişə cavandır. "Buranovskiye babuşki" qrupu yarışa qatıla bilirsə, niyə biz də nənələrdən ibarət qrup yaratmayaq?!», - deyə xalq artisti sual edib.

A.Kazımova bu qrupla birlikdə «Ay lolo» mahnısını yeni aranjmanda ifa etdiklərini, bundan başqa, «Öpsən» mahnısını ingilis dilində ifa edəcəklərini də söyləyib. İfaçının sözlərinə görə, mahnının yeni versiyası «Kiss» adlanacaq. / Day.az /


Geri qayıt