Əsas Səhifə > Şou-biznes > LEDİ QAQA NÜMUNƏYƏ ÇEVRİLİR
LEDİ QAQA NÜMUNƏYƏ ÇEVRİLİR11-10-2011, 14:18 |
HAMI ONA OXŞAMAQ İSTƏYİR Ledi Qaqa ekstravaqantlığı ilə məşhurdur və təbii ki, şou-biznes, moda aləmində çoxları ona bənzəməyə çalışırlar. İngilis model Mişa Barton da deyəsən, bu yolu tutub. O, Ledi Qaqanın "MTV Music Video" mərasiminə geyindiyi paltarı, yəni təzə ət tikələrindən hazırlanmış "geyim"i sınaqdan keçirmək qərarına gəlib. Milli.Az xəbər portalı "Entertaiment"ə istinadən bildirir ki, 25 yaşlı model və aktrisa məşhur fotoqraf Tayler Şildsin çəkdiyi fotosessiyada çılpaq olub. Fotosessiyada o, təxminən 0,5 kq ağırlığında mal əti tikəsi ilə müxtəlif pozalar verib. "Çox qəribə fotosessiya idi. Əvvəlcə üstümə süd tökdü, sonra un səpdi, axırda da üzümə ət qoydu. Qeyri-adi, maraqlı fotosessiya idi", - Barton deyib. Geri qayıt |