Əsas Səhifə > Sosial, Manşet > KƏRƏM HƏSƏNOV QƏRİB MƏMMƏDOVU HƏDƏFƏ ALDI
KƏRƏM HƏSƏNOV QƏRİB MƏMMƏDOVU HƏDƏFƏ ALDI25-04-2012, 13:45 |
ƏMDK SƏDRİ MƏTBUATDAKI KAMPANİYA ÜÇÜN BÖYÜK VƏSAİT AYIRIB DİA.AZ: - Hakimiyyət içində məmurların bir-birilərinə qarşı mübarizə aparmaları sirr deyil. Doğrudur, dəfələrlə vurğulamışıq ki, nədənsə məmurlarımız aralarındakı nifaq barədə nəinki danışmağı sevmirlər, hətta bu kimi halların mövcudluğunu danmaqdan belə çəkinmirlər. Bildirək ki, bu zaman mətbuat qarşısında isə saxta gülüş pozları ilə süni mehribançılıq mühiti yaratmaqla, yazılanları təkzib etməyə çalışanlar da olur. Ki, bütün bunlara da nə inanan var, nə də bu pozlara aldanan. Bu gün üz-üzə gələn məmurlar arasında iki komitə sədri də var. Onlardan biri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, digəri isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Onların nəyi niyə bölə bilmədikləri barədə bu vaxta qədər xeyli məlumatlar verilsə də, əsas olanı odur ki, hər iki məmur hətta mətbuatda aşkar tqquşmalardan belə çəkinmirlər. Elə buna görə də, Qərib Məmmədovun işçiləri hansısa qəzet materialına etiraz edərkən belə «biz yaxşı bilirik sifarişi hardan almısınız» şəklində kinayəli reaksiyaları ilə söhbətin məhz Kərəm Həsənovdan getməsinə də işarə edirlər. Bu konfliktlə bağlı DİA.AZ-ı məlumatlandıran etibarlı mənbə isə bildirir ki əslində Kərəm Həsənovla Qərib Məmmədovun davası da pul davasıdır: «Məlumdur ki, onlardan biri obyektin, digəri isə obyektin yerləşdiyi torpağın üzərində hökmrandır. Belə məmurların toqquşması isə təbii haldır. Hər halda pulu bölə bilməmələri bizim məmurların hər biri üçün xarakterik xüsusiyyətdir». Mənbəmiz bildirir ki, amma bu gün kifayət qədər güclü mövqedə görünən Kərəm Həsənov davamlı olaraq Qərib Məmmədovun mətbu hədəfə çevrilməsi yönündə də iş aparır: «Hətta münasibətdə olduğu deputatların əli ilə hər fürsət düşəndə Qərib Məmmədovu Milli Məclisin də nişangahına çevirir. Məsələn, bu günlərdə bələdiyyə torpaqları ilə bağlı deputatların açdığı müzakirələrdə vitse-spiker Ziyafət Əsgərovun Qərib Məmmədovun ünvanına sərt ifadələr işlətməsi də təsadüfi deyildi və bu işdə birbaşa olaraq maraqlı tərəf kimi məhz Kərəm Həsənov çıxış etməkdədir». Mənbəmiz Kərəm Həsənovun Qərib Məmmədovun zəif düşürülməsi üçün yeni mətbu kampaniyaya start verməsi barədə də ilginc faktı diqqətimizə çatdırdı: «Davamlı olaraq Qərib Məmmədovun mətbuatın hədəfində olub. Son zamanlar isə sözügedən cəbhədə atəşkəs var. Bu isə Kərəm Həsənovu qane etmədiyindən yenidən səxavət kisəsinin ağzını açmalı olub». Mənbəmizin sözlərinə görə, bu dəfə daha samballı faktlarla və daha böyük vəsait hesabına Qərib Məmmədovun üzərinə yeriməyi düşünən Kərəm Həsənov təkcə qəzetlərə 200 min manat pul xərcləməyi düşünür. Mövzu diqqətimizdədir… Geri qayıt |