Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «ŞİTALÇAY» HƏRBİ BAZASI İSRAİLƏ VERİLİB?

«ŞİTALÇAY» HƏRBİ BAZASI İSRAİLƏ VERİLİB?


25-04-2012, 16:05
«ŞİTALÇAY» HƏRBİ BAZASI İSRAİLƏ VERİLİB?

İRAN MƏTBUATI HANSISA HƏRBÇİMİZƏ İSTİNADƏN XƏBƏR YAYDI

DİA.AZ: - İranın xüsusi xidmət orqanlarının əsas təbliğat maşını hesab olunan «AranNews» xəbər portalı yenə də Azərbaycan-İsrail Hərbi əməkdaşlığı barədə cəfəng məlumatları dövriyyəyə buraxıb. Xatırladaq ki, bir müddət əvvəl “Foreing Policy” jurnalı belə bir xəbər yaymışdı ki, Azərbaycan İsrailə İran əleyhinə istifadə üçün hərbi bazalarını icarəyə verib.

Bu dezinformasiya xarakterli məlumatı həddindən artıq çək-çevir edən fars-molla mətbuatı isə məsələnin ciddi-cəhdlə gündəmdə qalmasına çalışır. Qeyd edək ki, həm rəsmi Bakı və həm də İsrail tərəfi belə bir anlaşmanın olmadığını bildiriblər. Hətta bu günlərdə Bakıda olan İsrailin xarici siyasət idarəsinin başçısı Liberman da bu məlumatı dövriyyəyə buraxan “Foreing Policy” jurnalının əməkdaşlarını ələ salan bir açıqlamsı ilə diqqətə gəldi.

Amma bütün bunlara baxmayaraq İranın antiAzərbaycan ruhlu mətbuatı susmur və yeni-yeni absurd iddiaları ortaya qour. DİA.AZ olaraq sözügedən istiqamətə aid daha bir məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«İsrailin İrana qarşı hərbi hücum əməliyyatları aparması üçün Azərbaycanın öz məxfi hərbi bazalarını sionist rejimin ixtiyarında qoyması barədəBakı-Təl-əviv gizli müqaviləsinin üstünün açılmasının ardınca, bu müqavilənin yeni təfərrüatları yayıldı.

AranNews-in Bakının yerli mənbələrinəistinadla verdiyi xəbərə əsasən, bazanın İsrail qüvvələrinə təhvil verilməsi üzündən öz yaşayış yerini tərk etməyə məcbur olmuş keçmiş azərbaycanlı hərbçi, İsrail qüvvələrinin Bankə qəsəbəsində yerləşən bu bazaya daxil olmasını açıqlamaqla yanaşı, "bizim hakimiyyət orqanlarımız özlərini və vətənlərinin torpaqlarını yad qüvvələrin ixtiyarında qoyurlar"-deyə bildirib.

Azərbaycanlı hərbçi Bakının şimalının 50 kilometrliyində yerləşən "Sitalçay" hərbi bazasının İsrailin istifadəsi üçün ən münasib baza olduğunu da vurğulayıb.

O həmçinin, İsrail vəAzərbaycan rəsmilərinin sovet dövrünə aid 4 istifadəsiz hava bazasının İsrail hərbisinin ixtiyarında qoyulmasının müzakirə etdiklərini də bildirib.

Bir müddət öncə “Foreing Policy” jurnalı Bankə qəsəbəsi yaxınlığındakı hərbi bazanın İrana qarşı hərbi əməliyyatlar üçün İsrailə verilməsi xəbərini yayaraq, bildirmişdi ki, Bakı, İsrailə bu bazadan necə istifadə etməsi barədə dəxalət etməyəcəyini söz verməklə yanaşı, bazanın təhvil verilməməsi barədə siyasi fəza yaradacağı əməkdaşlığını da Təl-əvivə söz vermişdir.

Ekspertlərin nəzərincə, sionist rejimin xarici işlər nazirinin İsrail mədəniyyət mərkəzi açılışında iştirak etməsi bəhanəsi iləBakıya səfəri Azərbaycanın hərbi bazalarının İsrailin ixtiyarında qoyulması müzakirələrinin başlanması üçündür».


Geri qayıt