Əsas Səhifə > Partiya > AXCP İCAZƏSİZ AKSİYA QƏRARI VERDİ
AXCP İCAZƏSİZ AKSİYA QƏRARI VERDİ26-04-2012, 12:08 |
MÜXALİFƏT 20-Cİ SAHƏNİ BOYKOT EDƏ BİLƏR İctimai Palatanın mayın 6-a təyin etdiyi ümumrespublika mitinqinin bu dəfə 20-ci sahədə keçirilməyəcəyi bildirilir. “Qafqazinfo”ya etibarlı mənbədən daxil olan məlumata görə, mayın 6-a təyin olunmuş mitinq məsələsi AXCP Ali Məclisinin Rəyasət Heyətinin növbəti yığıncağında müzakirə olunub. AXCP-də bu dəfə də hakimiyyətin 20-ci sahəni təklif edəcəyi təqdirdə mitinqin təxirə salınıb, Bakı şəhər icra hakimiyyətinin qarşısında piket keçirilməsini təklif edən qərar qəbul olunub. Məlumatı verən mənbə bildirib ki, bu mövqe İP-in Koordinasiya Şurasında da müzakirəyə çıxarılacaq. Koordinasiya Şurasında mitinqin şəhərin aksiyalar üçün daha optimal hesab olunan yerlərində keçirilməsi üçün bir daha şəhər icra hakimiyyətinə müraciət ediləcək. Qeyd edək ki, müxalifətin 8-22 aprel mitinqləri üçün təklif etdiyi yerlərdə mitinq keçirmək təklifinə Bakı şəhər icra hakimiyyəti indiyədək müsbət münasibət bildirməyib. Müsavat Partiyası başqaının müavini Gülağa Aslanlı hakimiyyətin 8 və 22 aprel mitinqlərində yaratdığı əngəllərə görə, 20-ci sahədə etiraz aksiyalarının keçirilməsinin əlehinəyə olduğunu bildirdi. O, bildirib ki, bu məsələ İctimai Palatanın Koordinasiya Şurasının sabah keçirəcəyi iclasında müzakirə olunacaq: “ 20-ci sahəyə gələn bütün yollar 22 aprel mitinqinin başlanmasına 1 saatdan da çox vaxt qalanda bağlandı. Daha doğrusu, o yollarda işləyən avtobuslar marşrutdan çıxarıldı. Mitinqə gəlmək istəyənlər yollarda qaldı. Hakimiyyətin razılaşdırılmış mitinqə bu yanaşması yanlışdır. Bu yolla mitinq iştirakçılarının sayı azalır və mitinq öz təsirini itirir”. Geri qayıt |