Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “XƏYAL-TV”NİN ƏMƏKDAŞINA DƏSTƏK

“XƏYAL-TV”NİN ƏMƏKDAŞINA DƏSTƏK


26-04-2012, 13:15
“XƏYAL-TV”NİN ƏMƏKDAŞINA DƏSTƏK

“ONUN ŞİKAYƏTİNƏ ÇEVİK CAVAB VERSİNLƏR”

«Sərhədsiz Reportyorlar»təşkilatı Quba rayonunda yayımlanan «Xəyal TV»nin redaktoru Zaur Quliyevə qarşı qeyri-insani və aşağılayıcı rəftarı pisləyir.

«Quliyevə qarşı bu fiziki və psixoloji təzyiqlər dərhal dayandırılmalıdır», təşkilat aprelin 25-də yaydığı bəyanatda qeyd edir.

«Biz bu jurnalist üçün məqbul saxlama şəraiti tələb edir və məhkəmə orqanlarını çağırırıq ki, onun şikayətinə çevik cavab versinlər».

«Sərhədsiz Reportyorlar»ın əldə etdiyi məlumata görə, o, dəfələrlə əlləri arxasında bağlı vəziyyətdə sorğu-suala çəkilib. Bu sorğu-sual sessiyasını aparan rəsmi şəxslər ona bildiriblər ki, etirafından asılı olmayaraq ona qarşı ittihamlar geri götürülməyəcək.

Geri qayıt