Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > EŞŞƏK GETDİ, YERİNƏ DƏVƏ GƏLİR

EŞŞƏK GETDİ, YERİNƏ DƏVƏ GƏLİR


26-04-2012, 15:09
EŞŞƏK GETDİ, YERİNƏ DƏVƏ GƏLİR

İNDİ DƏ GƏNCƏDƏ DƏVƏLƏRƏ HEYKƏL QOYACAQLAR

DİA.AZ: - Məlum olduğu kimi, bir müddət əvvəl Gəncədəki eşşək heykəli aranı əməlli-başlı qatmışdı. Sonradan yerli icra strukturları küçəyə qoyulan bu heykəli «təmir» adı altında götürməli oldular. Qeyd edək ki, anoloji hadisə ondan əvvəl Şamaxıda da yaşanmışdı ki, həmin eşşək abidəsini isə yerli hakimiyyət yox, yerli sakinlər yığışdırdılar.

İndi isə anoloji situasiya yenidən Gəncədə təkrarlana bilər. Amma bu dəfə uzunqulağa yox, dəvəyə abidə qoyulur. Bu barədə Gəncədəki qaynaqlardan DİA.AZ-a ötürülən xəbərdə deyilir ki, icra başçısı Elmar Vəliyev guya ki, qədim Gəncənin simasının bərpa olunması üçün şəhərin bir neçə yerində dəvə karvanı heykəlini ucaldacaq.

Mənbəmiz artıq sifirişin verildiyini də söylədi: «Təxminən 4 yerdə dəvə karvanının heykəli qoyulacaq. Və guya ki, bununla da Gəncənin qədim ipək yolunun üzərindəki tarixi məkanlardan biri olmasına işarə ediləcək. Və heykələrin «Avroviziya»ya qədər qoyulması planlaşdırılır. Yəni bir həftəyə Gəncəni dəvə karvanları «bürüyəcək»».

Bu planın artıq Gəncə sakinlərində narazılıq yaratdığını bildirən mənbəmiz onu da vurğuladı ki, karvan komplekslərinin pulu da yerli sahibkarların üzərinə öhdəlik kimi qoyulub: «30 sahibkara müraciət olunub və onların hər birindən 10 min manat pul istənilib. Halbuki elə bir kompleksə bu qədər pulu maksimum xərcləyərlər. Deməli, yerdə qalan pulu da ciblərinə qoyacaqlar. Əgər belə pul xərcləyirlərsə, heç olmasa, Gəncənin həm də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi ilk şəhər olmasına işarə edən abidələrin sayını artıraydılar».

Geri qayıt