Əsas Səhifə > Güney Press, Araşdırma > ÖLMƏDİK, BU GÜNÜ DƏ GÖRDÜK: VİP HACILAR
ÖLMƏDİK, BU GÜNÜ DƏ GÖRDÜK: VİP HACILAR26-04-2012, 18:20 |
QMİ VİP HƏCC ZİYARƏTİ TƏŞKİL EDİR Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Məlumatda deyilir ki, Azərbaycandan Həcc ziyarətinə avtobusla gediş ləğv olunub. Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə yalnız təyyarə ilə gedə biləcək. Həcc ziyarətinə yollanmaq istəyən zəvvarlara iki qiymət təklif olunur. 3090 manat və 3850 manat. 3090 manat məbləğində pul ödəyən zəvvarlara sadə yemək veriləcək, onlar 8 və 16 nəfərin qaldığı otaqlarda gecələyəcəklər. QMİ VİP Həcc ziyarəti də təklif edir. Qiyməti 3850 manatlıq olan xidmətdən istifadə edəcək zəvvarlar 2 və 4 nəfərlik otaqlarda qala bilərlər. Onlara bahalı və dadlı yeməklər də veriləcək. Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə oktyabrın 12-dən etibarən yola düşəcəklər. Qeyd edək ki, 2011-ci ildə Həcc ziyarətinin qiymətləri avtobuslarla 2650 manat , təyyarə ilə 3750 manat olub. Geri qayıt |