Əsas Səhifə > Sosial, Manşet > SÖKÜLƏN EVLƏRİ TALAYANLAR FACİƏ YARATDI

SÖKÜLƏN EVLƏRİ TALAYANLAR FACİƏ YARATDI


27-04-2012, 12:17
SÖKÜLƏN EVLƏRİ TALAYANLAR FACİƏ YARATDI

FƏHLƏLƏR DƏ MƏMURLARA QOŞULARAQ SAKİNLƏRİN EVLƏRİNİ TALAYIR

Aprelin 27-də səhər Ş.Bədəlbəyli və M.Əliyev küçələrində evlərin söküldüyü ərazi boz rəngli tüstüyə bürünüb. Yanğınsöndürənlərdən biri Turan-ın müxbirinə bildirib ki, alov yarımdağılmış ikimərtəbəli evin zirzəmisində yaranıb.

Fəhlələr ora taxta əşyalar – döşəmə taxtaları, tir, taxta pəncərə və s. yığıblar. Səhər zirzəmidə yanğın baş verib, lakin binanın uçmaq təhlükəsi olduğundan yanğınsöndürənlər ora düşə bilməyiblər və beləliklə də yanğın güclənib.

Buna baxmayaraq, fəhlələr söküntü yerində olan saysız-hesabsız tikinti materiallarını götürməkdən, harasa daşımaqdan yorulmurlar. Bunu ərazinin təmizlənməsi ilə yanaşı talançılıq da hesab etmək olar. Lakin bəla budur ki, bu zaman təhlükəsizlik normalarına, qonşu evlərdə qalan adamların, hətta fəhlələrin özlərinin təhlükəsizliyinə məhəl qoyulmur, hələ ekologiya problemlərindən danışmırıq.


Geri qayıt