Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDƏ “QIRMIZI KART” GÖSTƏRİLDİ

BƏŞƏR ƏSƏDƏ “QIRMIZI KART” GÖSTƏRİLDİ


27-04-2012, 12:35
BƏŞƏR ƏSƏDƏ “QIRMIZI KART” GÖSTƏRİLDİ

BAN Kİ-MOONDAN SONUNCU XƏBƏRDARLIQ GƏLDİ

Suriya hakimiyyəti təcili olaraq qoşunları və ağır texnikanı şəhərlərdən çıxarmalıdır. Bunu BMT-nin baş katibi Ban ki-Moon bildirib.

Baş katib deyib ki, Suriyada şəhərlərin artilleriya atəşinə tutulması və hələ də ağır texnikanın qalması barədə BMT müşahidəçilərindən daxil olan məlumatlardan ciddi narahatdır. Ban ki-Moon qeyd edib ki, bu, Suriya hökumətinin götürdüyü öhdəliklərə ziddir.

Aprelin 26-da ABŞ-ın BMT-dəki nümayəndəsi Susan Rice Suriya hakimiyyətini Hama və başqa şəhərlərdən hərbi texnikanı çıxarmamaqda ittiham etmişdi. Bildirmişdi ki, bu vəziyyət dəyişməsə, ABŞ BMT Təhlükəsizlik Şurası qarşısında Suriyaya qarşı yeni sanksiyalar tətbiq olunması məsələsini qaldıracaq.


Geri qayıt