Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT İÇİNDƏ YENİ «RAZBORKA»
HAKİMİYYƏT İÇİNDƏ YENİ «RAZBORKA»11-10-2011, 16:58 |
BU DƏFƏ HACIBALA ABUTALIBOV AZAD RƏHİMOVLA TOQQUŞDU DİA.AZ: - Son günlər görəvdən alınaağı barədə məlumatlar yayılan və istefasının yalnız «Avroviziya-2012» yarışmasının ardından baş tutacağı söylənilən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da konflkitə cəlb olunub. Bildirək ki, bütün hakimiyyətiçi qruplaşmalarla eyni məsafədə dayanmağa çalışan və iqtidar dəhlizlərində «boynubükük bənövşə» adını alan Bakı meri bir xasiyyəti ilə də diqqətləri cəlb edir ki, o, bu vaxta qədər hansısa iriranqlı məmurla konflikt yaşamayıb. Amma deyəsən, Hacıbala Abutalıbovun bu imajı da darmadağın olacaq. Artıq onun məmurlardan biri ilə intriqa yaşadığı bildirilir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumatda bildirilir ki, Hacıbala Abutalıbov gənclər və idman naziri Azad Rəhimovun qəzəbinə tuş gəlib. Məlumdur ki, deputatların demək olar ki, əksəriyyətinin biznesləri mövcuddur. Artıq bu bir qanunauyğunluğa çevrilib. Əslində kifayət qədər maaşları olan deputatlara hakimiyyət tərəfindən qeyri-rəsmi olaraq yaradılan bu şəraiti anlamaq da mümkün deyil. Doğrudur, bəzi deputatlar mandat alana qədər də biznes adamı kimi tanınırdılar və onlara millət vəkili statusu da məhz bizneslərini qoruya bilmələri üçün lazım idi. Amma onların arasında elələri də var ki, biznesə məhz deputat olduqdan sonra baş vurublar. Həmin deputatlardan biri də «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlıdır. Məlumatlara görə, gənc deputat artıq bir neçə aydır ki, özü üçün biznes planlar qurmaqdadır. «Hələlik dondurma biznesinə girişən Ceyhun Osmanlının biznes aləmində daha böyük iddiaları var» deyən mənbəmiz onu da bildirdi ki, «İrəli»nin sədri Bakının ən gözəgəlimli yekri kimi tanınan keçmiş «Torqovı» küçəsində Rus Dram Teatrının yaxınlığında «MADO» adlı dondurma kafesinə də sahiblik etməkdədir: «Yaxın günlərdə bu istiqamətdə daha da inkişaf etməyi düşünən Ceyhun Osmanlıya əsas dəstək verənlər arasında gənclər və idman naziri Azad Rəhimov da var. Ceyhun Osmanlının «MADO» dondurma kafesi də Azad Rəhimova məxsus olan obyektdə fəaliyyət göstərir». Məlumatlı mənbələr bildirir ki, bir neçə gün əvvəl Bakı meriyasının ticarət departamentinin işçiləri «MADO»nun fəaliyyətini dayandırmağa çalışıblar. Belə ki, «MADO»da müştərilərə xidmət məqsədilə bayıra masalar çıxarılıb. Bunun qanunsuz olduğunu idida edən BŞİH-nin müvafiq qurumunun əməkdaşları deputatın obyektini işlədən şəxslərə dəfələrlə xəbərdarlıq etsələr də, bir nəticə hasil olmayıb. Və məsələ həta Hacıbala Abutalıbovun da qulağına çatıb. Bakı meri isə «prezident bu günlərdə «Fəffarələr» meydanını gəzəcək, deyin stolları yığışdırsınlar» tapşırığı versələr də, onu yenə də eşidən olmayıb. Və nəhayətdə dünən axşam saatlarında BŞİH-nin ticarət departamentnin əməkdaşları masaları zorla yığışdırmaq istəyiblər. Hadisə şahidləri redaksiyamıza bildirir ki, «MADO»nun mühafizəçiləri BŞİH-nin işçilərini qovmağa müvəffəq olublar. Bundan sonra isə məsələyə Azad Rəhimov qarışıb: «Nazir hətta Hacıbala Abutalıbovu hədələyib də. Ona bildirib ki, həmin obyektin kimə məxsus olduğunu hər kəs bilir. Bəs sən niyə bilmirsən». Qeyd edək ki, Azad Rəhimovun haim ailə ilə yaxın münasibətlərinin olduğu söylənilir. Yəni Hacıbala Abutalıbovun Azad Rəhimovla konflikti ona ciddi problem yarada bilər. Geri qayıt |