Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ RƏQQASƏLİK EDƏCƏK
MÜĞƏNNİMİZ RƏQQASƏLİK EDƏCƏK27-04-2012, 13:14 |
KÖNÜL KƏRİMOVADAN YENİ PROJE Şou aləmində bir qrup sənətçi var ki, sənətini rəqsin müşayiəti ilə deyil, kiçik əl hərəkətləri ilə göstərir. Gənclər arasında da rəqs edənlər azdır. Amma rəqs nömrəsi ilə müşayiət olunan mahnı tamaşaçısını daha çox cəlb edir. Könül Kərimova ümumiyyətlə rəqs edə bilməyənlər sırasındadır. Sənətçi toylarda qol qaldırıb oynayır. Amma bunu qeyri-peşəkarlıq adlandırır. Müğənni Milli.Az-a açıqlama verdi ki, tezliklə rəqs kursuna yazılacaq. Bunu tək toyda yaxşı rəqs etməsi üçün yox, yaxın aylarda verəcəyi konsertdə tamaşaçısına maraqlı şou bəxş etməsi naminə edəcək. «Müğənni rəqs edəndə adamın ürəyinə yatır. O gün toyda idim, oxuyurdum. Bir də gördüm 130 kilolu bir qadın elə gözəl süzür ki, özümdən ixtiyarsız mikrofonu yerə qoyub başladım onunla rəqs etməyə. Rəqs həvəsi məndə bir az gec başladı. Əslində, içimdə marağım olub. Sadəcə, öyrənməyə tənbəllik etmişəm. Qərarım qətidir. Mütləq rəqs dərslərinə gedib, yaşıma, səhnə tərzimə uyğun rəqslər öyrənəcəm. Bunu hər verilişimdə, həm də tezliklə verəcəyim konsertdə nümayiş etdirəcəm. Hər mahnıya bir rəqs nömrəsi düşünürəm», - deyən Könül xanım onu da vurğuladı ki, əgər insan havanı peşəkar səviyyədə oynaya bilmirsə, tez yorulur. Sonda ifaçı xatırlatdı ki, əvvəlki çəkisini xeyli itirib və bu, onun səhnədə rahat rəqs edə bilməsinə imkan yaradacaq. Geri qayıt |