Əsas Səhifə > Güney Press, Araşdırma > ERMƏNİLƏR İLHAM ƏLİYEVƏ QARŞI TƏDARÜK GÖRÜR

ERMƏNİLƏR İLHAM ƏLİYEVƏ QARŞI TƏDARÜK GÖRÜR


27-04-2012, 13:17
ERMƏNİLƏR İLHAM ƏLİYEVƏ QARŞI TƏDARÜK GÖRÜR

PREZİDENTİN ABŞ SƏFƏRİNƏ ETİRAZ EDİLƏCƏK

Prezident İlham Əliyevin mayda ABŞ-a səfəri ilə əlaqədar erməni diasporu etiraz aksiyası təşkil etmək niyyətindədir.

Turan-a ABŞ-dakı məlumatlı mənbələrdən məlum olub ki, erməni təşkilatlarının liderləri öz fəallarını İ.Əliyevin çıxış edəcəyi BMT binasının qarşısına toplamağı planlaşdırır. Ermənilər əsas şüarlar kimi İ.Əliyevin erməni faşizmi haqqında fikirlərini seçiblər.

Ermənilər binanın daxilində də Əliyevin çıxışını pozmaq niyyətindədir. Onlar belə güman edirlər ki, Azərbaycan liderinin antierməni fikirləri yalnız erməni deyil, digər nümayəndələrdə də reaksiya doğurmalıdır.

Turan-ın xəbər verdiyi kimi, İ.Əliyevin işgüzar səfəri mayın əvvəllərində Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyə başlaması ilə əlaqədar baş tutacaq. Sonra Əliyev NATO sammitində iştirak etmək üçün Çikaqoya gedəcək.

Rəsmi Bakı görüşlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı danışıqlar aparır, lakin hələlik razılaşma yoxdur.

Məlumatlı diplomatik mənbələrə görə, Azərbaycan və türk lobbiləri də ermənilərə müqavimət göstərməyə hazırlaşır və Nyu Yorkda öz qüvvələrini toplayırlar.


Geri qayıt