Əsas Səhifə > Partiya > DÜNYA DAĞILSIN, YA YOX?..
DÜNYA DAĞILSIN, YA YOX?..27-04-2012, 18:04 |
RƏSUL QULİYEV KÖLGƏ KABİNETİ YARADIR... Bir xeyli müddət səsi çıxmayan eks spiker Rəsul Quliyev yenidən aktivləşdikdən sonra digər müxalifət liderlərindən fərqli addımlar atmaq istəyir. TİA.AZ bildirir ki, hələ Müqavimət Hərəkatı yaradan ərəfələrdə aksiyaların keçirilməsini zəruri hesab edən Quliyev həmin dönəmlərdə əhaliyə müraciət edərək, mitinqlərin təşkili üçün onlardan pul belə istəmişdi. İndi isə o, yeni bir taktika ilə gündəmi dəyişmək istəyir. Aldığımız məlumata görə, Rəsul Quliyevin yeni planı komanda formalaşdırmaqdan ibarətdir. Mənbənin TİA.AZ-a bildirdiyinə görə, eks-spiker bu məqsədlə özünün tanıdığı və ya ona təqdim olunmuş adamlarla ya telefonla, ya da skype vasitəsi ilə danışır və fikirlərini öyrənir. Müzakirə apardığı şəxsin səviyyəsini özünün bildiyi səviyyədə müşahidə edərək, onunla işləməyin mümkün olub olmadığını dəqəqiqləşdirir. Bunun ardından isə qərar verir. Məlumatda deyilir ki, Rəsul Quliyev hal hazırda bütün diqqətini yayda keçirəcəkləri aksiyaya və «kölgə kabineti» qurmağa yönəldib. Birini digərindən ayırmayan sabiq spiker bəzi komanda üzvlərini də özü üçün dəqiqləşdirib. Mənbə deyir ki, Quliyevin belə bir addım atmasının konkret səbəbləri var. Birinci səbəb odur ki, sabiq spiker özünə yaxın olan şəxslərin kimliyini müəyyənləşdirməyə cəhd edir. İkincisi, bununla ətrafına yığdığı adamları özündən razı salmağa çalışır. Üçüncüsü isə vəzifə vəd etdiyi adamların imkanları sayəsində aksiyaya daha çox insan çıxarmaq istəyir. Qeyd edək ki, müxalifət düşərgəsinin əsas nümayəndəsi olan İctimai Palatada belə bir müzakirələr aparılmır. Səbəbi də budur ki, həmin müzakirələr birliyin parçalanmasına gətirib çıxara bilər. Amma buna baxmayaraq, İP-də təmsil olunan partiyaların ayrı-ayrılıqda «kölgə kabineti» olduğu dəqiq məsələdir. Rəsul Quliyevə gəldikdə isə o, mümkün qədər fərqli görünməklə yanaşı, həm də daha ciddi bir fiqur olduğunu ortaya qoymaq fikrindədir. Həmçinin sabiq spiker bununla çalışır ki, cəmiyyətdə özü barəsində həm müsbət imic formalaşdırsın, həm də hakimiyyətə gələcək ən şanslı şəxs olduğunu nümayiş etdirsin. Mənbələr bildirir ki, Avropada keçirdiyi bir sıra görüşlərin şişirdilməsi də həmin məqsədə xidmət edir. Məlumatda deyilir ki, Rəsul Quliyev indiyə qədər keçirdiyi görüşlərin böyük əksəriyyətini həmin ölkələrdə söz sahibi olmayan şəxslərlə təşkil edib. Yəni, dövlətdə təmsil olunmayan, amma parlamentdə mandat sahibi olan biriləri ilə bir araya gələn Quliyev həmin görüşü o qədər şişirdir ki, sanki bütün Qərbin onu dəstəklədiyi görüntüsü yaranır. Hərçənd onu yaxşı tanıyan şəxslər deyirlər ki, bütün bunlar blefdir. Təkcə «kölgə kabineti» məsələsi bir qədər ciddidir ki, o da sadəcə, xəyali bir komanda formalaşdırmaq kimi mahiyyətə malikdir. Nəzərinizə çatdıraq ki, Rəsul Quliyevin reytinqli vaxtlarının ən son dönəmi 2005-ci ilə təsadüf edib. Həmin vaxt Müsavat, AXCP və ADP-nin birgə yaratdığı «Azadlıq» Blokunun həmsədrlərindən biri olan sabiq spiker hətta seçki dövründə Bakıya gələcəyini vəd etmişdi. Deyilənə görə, Amerikadan Azərbaycana gələn Quliyevin təyyarəsini həmin vaxt yerə enməyə qoymadıqları üçün Ukraynaya qayıtmalı olmuşdu. Amma bəzi məlumatlarda isə vurğulanırdı ki, ümumiyyətlə, belə bir şey olmayıb və baş verənlərin hamısı qurama xarakter daşıyıb. Yəni, Rəsul Quliyev nə təyyarə ilə Bakıya doğru hərəkət edib, nə də onun belə bir niyyəti olub. Geri qayıt |