Əsas Səhifə > Partiya > MİTİNQİN YERİ BƏLLİ OLDU

MİTİNQİN YERİ BƏLLİ OLDU


27-04-2012, 18:08
MİTİNQİN YERİ BƏLLİ OLDU

MÜXALİFƏT BİBİHEYBƏTƏ GETMƏYƏCƏK

İctimai Palatanın Koordinasiya Şurası bugün keçirilən iclasında mayın 6-na təyin edilən yürüş-mitinqlə bağlı son qərarını verib. Bu barədə AXCP-dən məlumat verillib.

İP Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlayacağı müraciətdə yürüş-mitinqin “İnqilab”, “Təbriz” koniteatrlarının və eləcə də Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə “Nərimanov” parkınadək olan ərazilərdən birində keçirilməsi ilə göstərəcək.

Qeyd edək ki, aksiyanın mayın 6-da saat 16-dan 18-dək keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, yürüş-mitinq “Yeni parlament seçkiləri”, “Qarabağa azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşmaq azadlıqları təmin edilsin”, “Əmanətlər birə-bir qaytarılsın”, “Əmlakımıza toxunmayın”, “Korrupsiya və rüşvətxorluğa son” şüarları ilə keçiriləcək.


Geri qayıt