Əsas Səhifə > Sosial, Manşet > «AZƏRBAYCAN BİZİ RAKETLƏ VURACAQ»

«AZƏRBAYCAN BİZİ RAKETLƏ VURACAQ»


30-04-2012, 11:53
«AZƏRBAYCAN BİZİ RAKETLƏ VURACAQ»

İRAN YENİ ALINAN SİLAHLARLA BAĞLI QALMAQALI GÜNDƏMDƏ SAXLAYIR

DİA.AZ: - Azərbaycana düşmən mövqeyini açıq-aşkar nümayiş etdirən fars-molla mətbuatı yenə də ölkəmizin İsraildən satın aldığı hərbi sursatın əslində Qarabağ müharibəsi üçün deyil, İrana qarşı istifadə üçün nəzərdə tutulduğunu gündəmdə saxlamaql məşğuldur.

DİA.AZ bildirir ki, əslində hətta bu şəraitdə belə İranın Aərbaycanı ittiham etməsi ən azından ağılsızlıqdır. Hər halda, istənidən bir dövlətin öz müdafiəsini qurma məqsədilə istənilən bir silahı əldə etməyə ixtiyarı var. Əgər bu gün İran bütün dünya ilə üz-göz olaraq özünü nüvə dövləti elan etmə istiqamətində iş aparırsa və bu məqsədlə külli miqdarda pullar xərcləyirsə, hətta özünü Qərbin hərbi həmlələrinin hədəfinə çevrilməsi üçün şərait yaradırsa, nədən İranın qonşuluğunda yerləşən və fars hakimiyyətinin heç də ürəyincə olmayan müstəqil Azərbaycan dövləti 500 kilometrlik və ondan artıq məsafədəki hədəfi vuran silahları əldə etməməli və yaxud da bundan kimlərsə əndişə duymalıdır?

Digər tərəfdən, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, onun haqqıdır ki, işğal olunmuş torpaqlarını geri qaytarsın və bu gün faktdır ki, Azərbaycan öz torpaqlarını azad edə bilməsi üçün daha çox İrəvanı hədəfə almalıdır. Yəni bunun özü belə imkan vermir ki, İran Azərbaycan dövlətinin silah tədarükündən narahatçılıq keçirsin. Əgər rəsmi Tehrana belə bir əndişə hakim kəsilibsə, onlar günahı özlərində axtarmalıdırlar. Yəni nə ediblər ki, Azərbaycanın hansısa silahlanma tədarükünü özlərinə qarşı atılan addım kimi görürlər? Məgər Azərbaycanla İran onların rəsmən ifadə etdikləri formada dost ölkələr deyillərmi?

Yəni ortada belə bir məntiqi yükün olduğu şəraitdə belə bu gün İran mətbuatı ölkəmizi kimlərinsə vassalı kimi təqdim etməklə yanaşı, sanki Azərbaycanın silahlanma haqqının və hüququnun olmadığını da sübut etməyə çalışırlar. Unudurlar ki, Azərbaycan MÜSTƏQİL DÖVLƏTDİR və bu ölkə günlərin birində hətta özünü NÜVƏ DÖVLƏTİ də elan edə bilər.

Hər halda, öu həqiqəti anlamaq istəməyən molla mətbuatı Azərbaycanı öz təbliğat maşınının hədəfindən düşürmür. Belə bir məlumat yenidən «arannyus» portalında yer alıb ki, həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq:

«Bakının 50 km-də yerləşən və vaxtilə qızıl ordunun Qafqaz və Orta Asiyada ən mühüm hərbi bazalarından sayılan "Sitalçay" son vaxtlar yenidən Bakı dövləti tərəfindən bərpa edilərək fəaliyyətəbaşlamışdır. Bakı, sionist rejimlə1,5 milyardlıq müqaviləsi çərçivəsindəsözü gedən bazanın bərpasını da bu rejiməhəvaləetmişdi. “Foreing Policy” jurnalının yazdığına əsasən, hal-hazırda baza açılış mərhələsinəçatmışdır.

Bu bazada yeni tipli helikopter parkları, radar qurğuları vəpilotsuz təyyarələr vardır. Bazada quraşdırılmış raketdən müdafiəsistemi 500 km-lik məsafədən balistik raketləri tanımağa qadirdir. Almaniyanın Spiegel qəzeti bu mövzuda geniş söhbət açmış vəbu bazanın işəsalınmasını vəvəfaliyyətini İran əleyhinəolması kimi dəyərləndirmişdir.

Bakı dövləti bildirir ki, bu baza Qarabağ müharibəsi üçün işəsalınmışdır. Amma məsələburasındadır ki, bu bazada yerləşdirilmiş pilotsuz təyyarələrin uçuş müddəti Ermənistan sərhədlərindən 5-6 dəfəçoxdur vəqonşu ölkələrdəolan istədiyi ünvanı asanlıqla hədəfəala bilər.

Qeyd edək ki, sionist rejimin xarici işlər naziri Bakıya səfərindəbu ölkənin rəsmiləri iləgörüşlər keçirərək, iki tərəfli münasibətlərin artırılması barədəmüzakirələr apardı.

Sionist rejimin xarici işlər naziri Bakı rəsmiləri iləgörüşündəbildirib: "Yəhudi xalqının nümayəndələri Azərbaycanda özlərini həmişə evdəki kimi hiss ediblər, çünki Azərbaycan bütün millətlərin təmsilçilərinin özünü rahat hiss etdikləri unikal ölkədir".

Sionist rejimin xarici işlər naziriaerodromun sionistlərə icarəyə verilməsi barədə Bakı rəsmiləri ilə müzakirələrinə işarə etməsə də region ekspertlərinin fikrincə, Libermanın Bakıya səfərinin əsas məqsədlərindən biri də bu ölkə rəsmiləri ilə istifadəsiz hərbi aerodromun necə istifadə edilməsi barədə müzakirə aparmaq olmuşdur.

Aparılan araşdırmalara əsasən, Azərbaycanda 16 istifadəsiz hərbi aerodrom vardır vəbu tədbirlərin nəticəsindəartıq onlardan 4-ü öz fəaliyyətini bərpa etmişdir. Azərbaycan dövləti hal-hazırda digər aerodromların da işədüşməsinəçalışır. 4 aerodromun sionistlərəicarəyəverilməsi dəbu proqram çərçivəsindəhəyata keçirilmişdir.

Ekspertlərin dediklərinə əsasən, Azərbaycandakı cari hadisələr Bakını yəhudiləşdirmək, ya da ən azından yəhudilərin bu ölkədə sayının və məskunlaşmasının artırılması üçün gizli cəhdlərdən xəbər verir. Yəhudilərin Bakıdakı gizli hərəkətlərinin üstünün açılmasının ardınca region ekspertləri Azərbaycanın yəhudiləşməsi barədə xəbərdarlıq etdilər».


Geri qayıt