Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PREZİDENTİN KÜRƏKƏNİ İNANIR Kİ...
PREZİDENTİN KÜRƏKƏNİ İNANIR Kİ...30-04-2012, 12:12 |
AZƏRBAYCAN BÜTÜN SAHƏLƏRDƏ QƏLƏBƏ QAZANACAQ Azərbaycanın tanınmış müğənnisi və bəstəkarı EMİN (Emin Ağalarov) dünən Dənizkənarı bulvarda açıq səma altında Azərbaycanın rəsmi "Evrovision 2012" fan klubunun təşəbbüsü ilə "Evrovision 2012" mahnı müsabiqəsinə həsr olunmuş möhtəşəm konsert keçirib. Trend-in məlumatına görə, konsertdən sonra EMIN qarşıdakı müsabiqə ilə bağlı fikirlərini bölüşüb. "Biz hamımız "Eurovision"ı səbirsizliklə gözləyirik. Bu müsabiqə ölkəmiz üçün özünü hər cəhətdən göstərmək, gözəl Bakımızı və adamlarını göstərmək üçün nadir imkandır. Biz hamımız son dərəcə şadıq və həmin günü gözləyirik", - EMİN jurnalistlərə deyib. Musiqiçi Avropa müsabiqəsinin iştirakçılarına münasibətini də bildirib. "Biz hamımız Səbinə Babayevaya azarkeşlik edirik. Hesab edirəm ki, bu, müzakirə olunmur. Ona uğurlar arzulayırıq və gələn il "Eurovision"ın yenidən Azərbaycanda keçirilməsi üçün onun müvəffəqiyyətinə ümid edirik. Həm də məni yenidən qonaq kimi dəvət etsinlər. Mən Azərbaycanın bütün sahələrdə hər bir qələbəsinə inanıram", - EMİN əlavə edib. Bayram gecəsində "Eurovision 2010"-un azərbaycanlı iştirakçısı Safura Əlizadə və "Eurovision 2011"-in qalibləri Eldar Qasımov və Nigar Camal, beynəlxalq müsabiqələr laureatı Xəyyam Mustafazadə, Diana Qurskaya, "Eurovision 2008"-in ukraynalı iştirakçısı Ani Lorak və "Eurovision 2012"-nin gürcüstanlı iştirakçısı Anri Coxadze iştirak ediblər. Gecənin ən yüksək zirvəsi məşhur müğənni və bəstəkar EMİN-in çıxışı olub. Konsertin aparıcısı məşhur şoumen Murad Dadaşov olub. Konsertin keçirilməsində başlıca məqsəd "Eurovision"ın ruhunu hiss etmək imkanı vermək və müsabiqənin keçirilməsi ərəfəsində ona marağı artırmaqdır. Konsertin iştirakçılarına fan klubdan müxtəlif hədiyyələr təqdim olunub. Geri qayıt |