Əsas Səhifə > Şou-biznes > SƏHNƏMİZİN DAHA BİR “LEYLİ”Sİ
SƏHNƏMİZİN DAHA BİR “LEYLİ”Sİ30-04-2012, 12:51 |
LALƏ MƏMMƏDOVA MƏHŞUR OBRAZI CANLANDIRIB Əməkdar artist qazandığı uğur və nailiyyətləri opera səhnəsində də nümayiş etdirdi. Milli.Az-ın məlumatına görə ötən gün Azərbaycan Dövlər Akademik Opera və Balet Teatrının səhnəsində 103-cü mövsümün daha bir uğurlu premyerası oldu. Ölməz Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin librettosu ilə təqdim olunan tamaşada Leyli kimi əməkdar artist, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Lalə Məmmədova çıxdı. Estrada sahəsində əldə etdiyi uğur və nailiyyəti özünəməxsus şəkildə opera səhnəsində də nümayiş etdirən Lalə xanımın Məcnun rolunda tərəf müqabili əməkdar artist Səbuhi İbayev idi. Geri qayıt |