Əsas Səhifə > Şou-biznes > TÜRKİYƏLİ DİVA ELTONU BƏYƏNİB

TÜRKİYƏLİ DİVA ELTONU BƏYƏNİB


30-04-2012, 12:55
TÜRKİYƏLİ DİVA ELTONU BƏYƏNİB

“O GÖRÜŞDƏN BİZİM ƏMƏKDAŞLIĞIMIZ BAŞLADI”

Müğənni Elton ötən gün Türkiyədən yaradıcılıq səfərindən qayıdıb.

Bir neçə gün əvvəl onun qardaş ölkədə konsert proqramı keçirilib. Konsert Selcuk Tekayın rəhbərlik etdiyi orkestrin müşayiəti ilə baş tutub. Daha sonra müğənni yaxın vaxtlar üçün planlaşdırdığı sinql üçün mahnıların aranjeman işini türkiyəlilərə etibar edib və geri dönüb. Səfər zamanı məşhur klarnet ifaçısı Hüsnü Şənləndirici ilə görüşən Elton və onun komandası mahnılardan birinin müşayiətini ona həvalə ediblər. Bu barədə Milli.Az-a müğənninin prodüseri Anar Mədətov məlumat verib:

«Əslində işlərimiz yekunlaşmamış qayıtdıq. Burada vacib tədbirlərimiz var, yekunlaşdırıb, mayın ilk günləri yenidən Türkiyəyə qayıdırıq. Hələlik sinql üçün çalışırıq. Bir çox türk sənətçiləri ilə görüşsək də, Eltonun hələlik heç kimlə dueti nəzərdə tutulmayıb».

Prodüser bildirir ki, Eltonun ifası həmişə maraq yaradıb.

««Popstar» Alaturkaya qonaq qismində qatılanda Eltonun ifasını dinləyib, yenidən oxumasını rica edən Bülent Ərsoy belə, türkiyəli musiqiçilərlə əməkdaşlığı vacib bilib. Adıçəkilən Selcuk bəy «Popstar»ın orkestr rəhbəridir. O görüşdən bizim əməkdaşlığımız başladı. Konsert uğurla keçdi. Sinql hazır olandan sonra növbəti əməkdaşlığı düşünürük», - deyə müğənninin prodüseri bildirdi.


Geri qayıt